Məşhur investordan Türkiyəyə dəstək: Səhmlər alacağam

Məşhur investordan Türkiyəyə dəstək: Səhmlər alacağam 

Bir qədər türk səhmləri alacağam, məncə Türkiyəyə sərmayə qoymağın vaxtı çatıb.

Axar.az xəbər verir ki, bu sözləri beynəlxalq maliyyə bazarlarındakı böhranlarla bağlı proqnozları ilə tanınan məşhur investor Mark Faber deyib.

“Tramp xarici siyasətdə diplomatiya həyata keçirmir. Şüşə qablar mağazasındakı fil kimi hərəkət edir. Ona-buna sataşır, ancaq ortalıqda heç bir şəkildə diplomatiya yoxdur. Türkiyənin əlindəki Tramp kartı NATO-dur. NATO-nun Türkiyədə son dərəcə əhəmiyyətli bazaları var. Gələcək perspektivdə Türkiyənin qarşısında iki varinat olacaq. Avropa ilə yaxınlaşıb NATO tərkibində qala və ya Şanxay Əməkdaşlıq Təşkilatına qoşula bilər. Bu Türkiyənin Qərbi tərk etdiyinə ya da artıq daha az münasibət quracağına, Rusiya və Çinlə münasibətlərin inkişafı etdiriləcəyinə işarə olar. Bu, cənab Ərdoğanın əlindəki bir seçimdir. Düşünürəm ki, Tramp bunun çox real bir ehtimal olduğunu anlamır”, - Faber bildirib.

Birinci məlumatlanmaq üçün facebook səhifəmizi