Məşhur iqtisadçıdan ƏƏSMN-ə korrupsiya ittihamı:

Məşhur iqtisadçıdan ƏƏSMN-ə korrupsiya ittihamı: "Qısır, bəzi hallarda qotur heyvanları alıb, sağlam və baha qiymətə sənədləşdirirlər"

“Özünüməşğulluq proqramının iştirakçılarına yaşlı, dişləri tökülmüş, qısır və qotur heyvanlar verilir”.

Strateq.az xəbər verir ki, bu sözləri iqtisadçı Qubad İbadoğlu sosial şəbəkədəki səhifəsində yazıb.

İqtisadçı qeyd edib ki, ünvanlı sosial yardıma şərik olanlar, indi də özünüməşğulluq proqramından qazanmağa balşayıblar: “Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi özünüməşğulluq proqramının icrası çərçivəsində layihə qalibi olan vətəndaşlara ailəsini maddi baxımdan təmin edəcək təsərrüfata sahib olmaq üçün verilən heyvanların dişsiz, qısır, bəzi hallarda qotur olması bu sistemdə korrupsiyanın, pis idarəçiliyin davam etməsinin göstəricidir.
Ünvanlı sosial yardıma şərik olanlar, indi də özünüməşğulluq proqramından qazanmağa balşayıblar. Sosial müfəttişlər proqram çərçivəsində ailəyə təsərrüfat yaratmaq üçün ayrılan vəsait hesabına alınan heyvanların qiymətini artırmaqla yanaşı, onların çıxdaş və zay olanlarını alır, sağlam və baha qiymətə rəsmiləşdirirlər”.

Qubad İbadoğlu hesab edir ki, xüsusilə aztəminatlı təbəqənin müstəqil qazanc mənbəyinin formalaşmasına yönələn bu proqramın icrası mətbuatın və vətəndaş cəmiyyətinin ictimai nəzarətindən kənarda qala bilməz: “Səhv etmirəmsə, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi nəzdində ictimai şura yaradılıb. Şuranın bu faktlara münasibətini bildirməli, mövqe ifadə etməlidir.  Eyni zamanda, Nazirlik açıqlanan faktlara aydınlıq gətirməli və bu proqramın icrasına məsul olan şəxsləri məsuliyyətə cəlb etməlidir”.

Birinci məlumatlanmaq üçün facebook səhifəmizi