Məşhur meyxanaçı ilə bağlı dəhşətli xəbər yayıldı-Yenilənib

Məşhur meyxanaçı ilə bağlı dəhşətli xəbər yayıldı-Yenilənib – FOTO

Tanınmış meyxanaçı Vahid Qədimin sevgilisini bıçaqladığı haqda iddialar yayılıb.

Globalinfo.az xəbər verir ki, bu barədə sosial şəbəkədə məlumat paylaşılıb.


Bildirilib ki, meyxanaçı qeyri-rəsmi yaşadığı Raya adlı sevgilisinə 18 bıçaq zərbəsi vurub.
 

Hadisənin Rusiyada baş verdiyi deyilir.

Faktinfo.az

***

Globalinfo.az məsələ ilə bağlı meyxanaçının həmkarı Mehman Əhmədli ilə əlaqə saxlayıb.

O, sözügedən məlumatla tanış olduğunu və Vahid Qədimlə danışdığını deyib:

“Vahid dedi ki, xəbərlər həqiqəti əks etdirmir. Belə bir hadisə baş verməyib.

Həmkarım məlumatların hansı məqsədlə və niyə yayıldığını da bilmir”.

Qeyd edək ki, sosial şəbəkələrdə tanınmış meyxanaçı Vahid Qədimin sevgilisini bıçaqladığı haqda iddialar yayılıb. Bildirilirdi ki, o, guya Rusiyada Raya adlı sevgilisinə 18 bıçaq zərbəsi vurub.





Birinci məlumatlanmaq üçün facebook səhifəmizi