Məşhur müğənninin qardaşı koronavirusdan öldü

Məşhur müğənninin qardaşı koronavirusdan öldü 

Türkiyənin tanınmış müğənnilərindən olan Alişana ağır itki üz verib.

Pravda.az xəbər verir ki, sənətçinin qardaşı və eyni zamanda da meneceri olan Selçuk Tektaş koronavirusun qurbanı olub.

Mərhuma 20 gün öncə COVID-19 diaqnozu qoyulub və xəstəxanaya yatırılıb. Lakin bütün müdaxilələrə rəğmən onu xilas etmək mümkün olmayıb.

Tektaşın ölüm xəbərini eşitcək Mahsun Kırmızıgül, Ceylan kimi məşhurlar xəstəxanaya gələrək Alişana dəstək olublar.

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan da telefonla zəng edərək ifaçıya baş sağlığı verib.

Birinci məlumatlanmaq üçün facebook səhifəmizi