Məşhur plastik rekonstruktiv cərrah qarşıdan gələn sertifikasiya imtahanında iştirak etməkdə israrlıdır

Məşhur plastik rekonstruktiv cərrah qarşıdan gələn sertifikasiya imtahanında iştirak etməkdə israrlıdır 

"Məşhur plastik rekonstruktiv cərrah Dilqəm Məhərrəmov haqqında yayılmış növbəti xəbərlərin həqiqətlə heç bir əlaqəsi yoxdur.Həkimin sertifikasiya şəhadətnaməsinin ləğv edilməsi xəbəri yalan məlumatdır.


Dilqəm Məhərrəmovun sertifikasiya şəhadətnaməsi ləğv edilməyib,sadəcə bir neçə gündür müddəti bitib.Ümumiyyətlə,sertifikasiya şəhadətnaməsinin  ləğv edilməsi ilə,müddətinin bitməsi arasındakı fərqi qarışdırmaq lazım deyil.Bunlar fərqli-fərqli məsələlərdir.İstənilən həkimin sertifikasiya şəhadətnaməsi o zaman ləğv olunur ki,onun sənədləri qanunun tələblərinə uyğun deyil və ya işində ciddi nöqsanlar mövcuddur.Ona görə də Dilqəm Məhərrəmovun fəaliyyətinə hazırkı halda heç bir məhdudiyyət tətbiq edilməyib.Eləcə də, bu o təqdirdə baş verə bilər ki, plastik rekonstruktiv cərrah Dilqəm Məhərrəmov qarşıdan gələn sertifikasiya imtahanında iştirak etməkdə istəkli olmasın və ya keçiriləcək imtahandan kəsilsin.

Faktinfo.az saytına "Baku Medical Plaza" klinikasından verilən məlumatda o da bildirilir ki,həkim qarşıdan gələn sertifikasiya imtahanında iştirak etməkdə israrlıdır.

Onu da qeyd edək ki, "Baku Medical Plaza"nın "Medilux" filialının daxil olduğu "AZERA Holdinq"in biznesin inkişafı departamentinin rəhbəri Elnur Kələntərov mətbuata açıqlamasında yayılan məlumatların həqiqəti əks etdirmədiyini və Dilqəm Məhərrəmovun işinin başında olduğunu bildirib.

Faktinfo.az

Birinci məlumatlanmaq üçün facebook səhifəmizi