Messi şəxsi antirekordunu təkrarladı

Messi şəxsi antirekordunu təkrarladı 

“Barselona”nın hücumçusu Lionel Messi İspaniya La Liqasının 21-ci turunun "Valensiya" ilə matçında qolsuz zərbələrinin sayına görə antirekordunu təkrarlayıb.

Argentinalı matç ərzində rəqibin qapısına 11 dəfə zərbə endirib. Lakin o zərbələrin heç birində fərqlənə bilməyib. Bu, 2017-ci il antirekordunun təkrarıdır. “Kamp Nou”da "Deportivo" ilə oyunda Messi rəqib qapısına 11 dəfə zərbə endirib, lakin rəqibin qapısına yol tapa bilməyib.

Cari mövsümdə Messi 16 matçda iştirak edib. O bu oyunlarda 14 qol vurub və 6 məhsuldar ötürmə verib.

Hazırda "Barselona" 43 xalla İspaniya çempionatının yarış cədvəlinə başçılıq edir, "Valensiya" turnir cədvəlində 34 xalla beşinci yerdə qərarlaşıb.

Birinci məlumatlanmaq üçün facebook səhifəmizi