"Mətn yaza bilməyən adam jurnalist deyil"-

"Mətn yaza bilməyən adam jurnalist deyil"- Elçin Şıxlı

"Mətn yaza bilməyən adam jurnalist deyil" Bunu KİV-ə müsahibəsində Azərbaycan Jurnalistlər Birliyinin sədri Elçin Şıxlı bildirib.

O, jurnalistikanın hazırkı vəziyyətindən danışarkən televiziya aparıcılarını da tənqid edib.

Elçin Şıxlı konkret ad çakməsə də, efirlərdə "meydan sulayan" bir çox aparıcının savadsızlığından, əlaqəsiz, məntiqsiz cümlələr quraraq gülüş obyektinə çevrilən, danışığını bilməyən, hay-küy salan, tamaşaçı cəlb etmək üçün hoqqabazlıq edənlərdən də danışıb.  

"...Biri əlinə telefon, digəri mikrofon alır, nə gəldi danışır, deyir. Cümlənin nə ayağı var, nə başı, nə də nöqtəsi. Hamısını demirəm, əksəriyyət belədir, onlara elə gəlir ki, radio və televiziyaya çıxdılarsa, bağırıb-çığırıb, “od püskürdüsə” jurnalistdirlər. Həmin adamları oturdub, bir səhifə yazı yazdırsaq, 125 səhv taparıq. Yeni yetişən nəsil elə bilir ki, jurnalistika elə onların gördüyüdür. Onlar da heç nəyi dəyişən deyil. Biabırçılıq olacaq", - deyə tanınmış jurnalist bildirib.

Birinci məlumatlanmaq üçün facebook səhifəmizi