Metrodan 14 min avro tapdı, vəd olunan mükafatdan imtina etdi

Metrodan 14 min avro tapdı, vəd olunan mükafatdan imtina etdi 

Almaniyanın paytaxtı Berlində 16 yaşlı məktəbli bir qız metrodan 14 min avro pul tapıb.

Faktinfo.az Azeuronews.com-un məlumatına əsasən bildirir ki,, dərsdən qayıdan məktəbli qız metroda əyləşən zaman sahibsiz bir çanta görüb. Çantanı götürən məktəbli ailəsi ilə birgə qaldığı yataqxanaya qayıdıb.

Metroda çantasını itirən qadın polisə müraciət edib. Həmin reys üzrə hərəkət edən metro vaqonları axtarılsa da, müsbət nəticə əldə edilməyib. Pulunu itirən qadın elan verməyə məcbur olub. Elanda pulu tapan şəxsin mükafatlandırılacağı da qeyd olunub. Amma bu da heç bir fayda verməyib.

Nəhayət, pulla dolu çantanı tapan məktəblinin anası bu barədə xəbər tutduqdan sonra yaxınlıqdakı polis idarəsinə gəlib. O, qızının metroda pulla dolu çanta tapdığını və ona əl vurmadan polisə təslim etmək istədiyini söyləyib.

Berlin polisi miqrant iraqlı qadın və qızına təşəkkür edib. Daha sonra çantanın sahibini idarəyə dəvət edib.

Maraqlısı odur ki, miqrant qadın pulu tapan şəxsə vəd edilən mükafatı götürməkdən imtina edib.Almaniya mətbuatı isə  İraqlı qadın və qızını bu hadisəyə görə nümunə göstərib.

Birinci məlumatlanmaq üçün facebook səhifəmizi

 Digər xəbərlərBütün xəbərlər

Bütün xəbərlər