"Meyarlar itəndə, pozulanda, əyyarlar da itir"-

"Meyarlar itəndə, pozulanda, əyyarlar da itir"- Hamısı kasıbçılıqdandır… - Professor

Bakı Dövlət Universitetinin professoru Nizaməddin Şəmsizadə sosial şəbəkələrdə və bəzi xəbər saytlarında 3 nəfər xanımın lüt görüntüləri yayılan videoya münasibət bildirib.

Professor deyib ki, indi Azərbaycan mənəviyyatında meyarlar itib: "Meyarlar itəndə, pozulanda, əyyarlar da itir. Birincisi, xalqın ümumi əxlaqi-mənəvi dəyərlərinə cəmiyyətdə hörmətsizlik var. Bəziləri elə bilir ki, onların etdiklərini heç kəs görmür. 

Xüsusilə də müəyyən mövqe tutan adamlar hər şeyi özlərinə rəva görürlər, amma başqalarına rəva görmürlər. Yəni, bir sıra cəmiyyətlərdə olduğu kimi, bizdə də qanun yalnız kasıblar üçündür. Qanunun tətbiqinə gələndə, heç bir kasıb adam ondan yayına bilmir. Amma dövlət məmuru qanundan istifadə edərək, öz haqqını tələb edir. Eləcə də mənəviyyat sahəsində bu cür hallar mövcuddur".

Bu gün Azərbaycanda bütün sahələrdə sürətli iqtisadi inkişafın baş verdiyini vurğulayan Nizaməddin Şəmsizadə qeyd edib ki, Azərbaycanın bütün regionlarında müasir və gözəl infrastruktur yaradılır: "Təbii ki, bütün bunların hamısı insanlarımıza çox xoşdur. Amma mənəviyyat sahəsində meyarlar, ölçülər itirilir. Biz hər şeyi yaradırıq, amma ümummilli mənəvi-siyasi mühiti yarada bilmirik".

Professor vurğulayıb ki, çılpaq videosu yayılan üç nəfər qızın o cür hərəkətlər etməsinin əsas səbəbi kasıbçılıqla bağlıdır: "Hamısı kasıbçılıqdandır. Qadınlar yaxşı dolana bilmirlər, yaxşı geyinib yaşamaq imkanları olmadığı üçün bu cür pis yollara düşürlər. Onların əksəriyyəti isə mənəvi və əxlaqi cəhətdən natamam insanlardır. Ona görə də mənəvi cəhətdən kasıbdırlar. 

Digər tərəfdən isə əqli cəhətcən kasıb, pul cəhətcən varlı insanlar var ki, onlar kef çəkməyi bu cür başa düşürlər. Azərbaycanda insanlar arasında sivil maarifçilik işləri aparılmır. Ən əsası isə bir çox insanlar qarışıq nigahlardan, əxlaqsız və mənəviyyatsız doğulurlar. Birdə görürsən ki, bir qadın 5 kişiyə ərə gedib. Cəmiyyətdə bu cür hərc-mərclik var. Bunların hamısı Avropanın, qloballaşmanın mənfi təsirləridir. Mən o qızları qınamıram. Bu cür adamlar bütün cəmiyyətlərdə mövcuddur. Onları ora aparıb görüntülərini çəkib yayan kişiləri cəzalandırmaq lazımdır. Onlara kişi demək olmaz. Mənim o qızların atasına, valideynlərinə yazığım gəlir. O qızlar bizim cəmiyyətə nümunə ola bilməzlər. Onlar nifrətə layiqdirlər və pislənilməlidir. Qınanmaqla cəmiyyətdən uzaqlaşdırılmalıdır. Onların şüurunu mənəviyyatsızlıqdan xilas etmək lazımdır. Yəni, onları nümunə göstərməklə başqalarını pis yollardan çəkindirmək olar. Vaxtilə bu cür adamları bir yerə bağlayardılar, hamı gəlib üzərlərinə tüpürərdi. Bizdə də bunu etmək olar".

Nizaməddin Şəmsizadə bildirib ki, çılpaq görüntüləri yayılan qızları da qanunla cəzalandırmaq lazımdır:

"Onların etdikləri heç də azadlıq deyil, bu hərc-mərclikdir, onları özbaşına buraxmaq olmaz. O qızları tutmaq, cəmiyyət içərisində biabır etmək lazımdır. Onlar əsla cəmiyyətə nümunə edilə bilməz. Onlara qarşı mübarizə aparılmasa, bu cür hallar daha da genişlənəcək. Misal üçün, İmadəddin Nəsiminin sözlərini gözdənsalan mahnı oxuyan xanım var - Afət Fərmanqızı. Bu xanım indi də Nəsiminin digər sözlərinə yeni mahnı bəstələyib. Yəni, bunlar cəzalanmadıqca cızığlarından çıxırlar, fironluq edirlər. Çünki cəzasız qalırlar. Bunlara yerlərini və hədlərini göstərmək lazımdır. Hətta, lazım gələrsə, bunları məhkəmə önünə çıxartmaq olar".//Demokrat.az

Birinci məlumatlanmaq üçün facebook səhifəmizi