Məzuniyyətdəyəm, işə qayıdım, məhkəməyə verəcəm -

Məzuniyyətdəyəm, işə qayıdım, məhkəməyə verəcəm - Direktordan sərt açıqlama

"Məzuniyyətdəyəm, işə qayıdım, şikayətçini və haqqımda yazan saytları məhkəməyə verəcəm. Çünki, mənə aidiyyatı olmayan bir məsələnin adıma çıxılmasına və işgüzar fəaliyyətimin kölgələnməsinə yol verə bilmərəm."

Bunu Faktinfo.az saytına Kənd Təsərrüfatı Nazirliyi Bitki Mühafizə və Texniki Bitkilər Elmi Təhqiqat İnstitutu Ucar-Şirvan Təcrübə Stansiyasının direktoru Qəhrəman Qəhrəmanov, Ucar rayonu Alpı kənd sakini Rüstəmov Mikayıl Əlisaab oğlu tərəfindən haqqında saytlara edilən şikayətə münasibət bildirərkən deyib.

Qəhrəman Qəhrəmanov: "Mikayıl Rüstəmov yaxşı bilir ki, mənim borc qarşılığında idarə olunan "Lova" markalı traktoru onun əlindən almaq səlahiyyətim yoxdur. Bunu bilə-bilə niyə məsələni mənimlə əlaqələndirir bilmirəm. Mənimlə qərəzi varsa, desin bilək. Hələ bu adam saytlara göndərdiyi məlumatda məni bir çox məsələlərdə də haqsız yerdən ittiham edir. Mən hansı 140 ton taxılı satıb, mənimsəmişəm? Onun buna dair faktı, sübutu varmı?

Mən də deyə bilərəm ki, Ucar rayonu Alpı kənd sakini Rüstəmov Mikayıl Əlisaab oğlu oğurluq edib. Gərək bunu deyəndə sonradan sübut etmək imkanlarım olsun, elə deyilmi? Yaşlı adamdı, deyir ki, Qəhrəman Qəhrəmanov türmədə yatıb, dövlət əmlakını mənimsəyib. Utanmırmı belə danışır, axı o, yaxşı bilir ki, 2018-ci ilin avqust ayında pambıq sahələrində zəhərlənmə hadisəsinə görə 2 aylıq məsuliyyətə cəlb olunmuşam. Haqqımdakı həbs qərarını əsassız bilmişəm və avqust ayında bəraət almışam.

Məgər dövlət əmlakını talayan şəxsə 2 aylıq həbs verərdilər? Bu mümkünsüz işdir. Və yaxud, 2 aylıq həbs olur və ya həbsdən çıxan kimi adama bəraət verirlər? Rüstəmov Mikayıl Əlisaab oğlunun haqqımda şikayəti tamamilə əsassızdır. Mən başa düşürəm, onun evində iki əlil olan övladı var, evə çörək aparan ailə başçısıdır. Mənim heç vaxt vicdanım qəbul etməz ki, belə bir şəxsin idarə etdiyi traktoru onun əlindən alım və ya buna şərait yaradım".

Qaldı sualınızın ikinci tərəfinə, yəni mahiyyətinə.Deyə bilərəm ki, mən Kənd Təsərrüfatı Nazirliyi Bitki Mühafizə və Texniki Bitkilər Elmi Təhqiqat İnstitutu Ucar-Şirvan Təcrübə Stansiyasının direktoru vəzifəsinə təyin olunmamışdan əvvəl idarənin borcu yaranıb. Məsələn "EMA" şirkətinə 44,800 AZN, "Azkübrə” şirkətinə 15.000 AZN, sosial müdafiə fonduna 9000 AZN manat və s. Belə borcların siyahısı dəftərə sığmaz, bəlkə də. Buna görə də, idarə haqqında məhkəmə qərar çıxarıb ki, ümumi yaranan borclar ödənməlidir. Bunu da hazırda Ucar rayon İcra və Probasiya Şöbəsi icra etmək məcburiyyətindədir. Yəni bu hadisələr - əvvəlki rəhbərliyin həbs edilməsi, məhkəmə qərarının çıxarılması, hamısı mən bu idarəyə təyin olunmamışdan 4 ay qabaq olub. Mənim bu işlərə heç bir aidiyyətim yoxdur. Mən Bitki Mühafizə və Texniki Bitkilər Elmi Təhqiqat İnstitutu Ucar-Şirvan Təcrübə Stansiyasına 31 avqust 2022-ci il tarixində təyin olmuşam. Bu idarənin borclarına görə məhkəmə qərarı isə may ayında çıxarılıb. Yəni qeyd etdiyim kimi, mənim bura rəhbərliyimdən 4 ay əvvələ təsadüf edir, sualınızın mahiyyəti və idarənin əmlakının üzərinə həbsin qoyulması faktı.İndi siz deyin, mənim günahım varmı? 

Rüstəmov Mikayıl Əlisaab oğlu saytlara şikayət edir və saytlar da bildilər-bilmədilər, qanuna əsasən, mənim mövqeyimi də öyrənmədən haqqımda ittihamlar səsləndirirlər. Mikayıl Rüstəmovun 140 min AZN dövlət dəyəri olan, idarə etdiyi traktoru əlindən mən alıram ki, məndən ağzına nə gəldi şikayət edir? Mən Ucar rayon İcra və Probasiya Şöbəsinin rəisiyəm məgər? Hamsı absurd ittihamlardır, səsləndirirlər, yazırlar. Bir də ki, hansı idarə rəhbəri razı olar ki, idarənin "Lovo" markalı traktoru müsadirə edilsin, iş də dayansın. Sizcə mən bunu istəyərəm? Rüstəmov Mikayıl isə yazıb ki, guya mən bunu sifarişlə etmişəm. Yəni mən heç vaxt razı olmaram ki, Bitki Mühafizə və Texniki Bitkilər Elmi Təhqiqat İnstitutu Ucar-Şirvan Təcrübə Stansiyası borcla işləsin, idarənin əmlakı müsadirə olunsun. Keçmiş müdiriyyətin dövrünə təsadüf edən məsələləri mənim adımla bağlamaq ədalətsizlikdir, verəcəm məhkəməyə, qoy mənə sübut etsinlər.

Qeyd edək ki, Ucar rayonu Alpı kənd sakini Rüstəmov Mikayıl Əlisaab oğlu tərəfindən saytlara edilən şikayətə əsasən, onun idarə etdiyi Kənd Təsərrüfatı Nazirliyi Bitki Mühafizə və Texniki Bitkilər Elmi Təhqiqat İnstitutu Ucar-Şirvan Təcrübə Stansiyasına məxsus olan, 140 min AZN dəyərində "Lovo" markalı traktorun,Ucar rayon İcra və Probasiya Şöbəsi tərəfindən üzərinə həbs qoyulub.Buna görə də o, saytlara göndərdiyi şikayət məktubunda Bitki Mühafizə və Texniki Bitkilər Elmi Təhqiqat İnsitutu Ucar-Şirvan Təcrübə Stansiyasının direktoru Qəhrəman Qəhrəmanovu ittiham edib. Direktorun sifarişlə traktorun üzərinə həbs qoydurduğunu irəli sürüb, onu idarənin əmlakını talamaqda, taxılı satmaqda ittiham edib.

Faktinfo.az

 

Birinci məlumatlanmaq üçün facebook səhifəmizi

 Digər xəbərlərBütün xəbərlər

Bütün xəbərlər