Mikayıl Cabbarovdan növbəti BAHALAŞMA QƏRARI -

Mikayıl Cabbarovdan növbəti BAHALAŞMA QƏRARI - BUNDAN SONRA...

Tarif (Qiymət) Şurası "Azəristiliktəchizat" ASC-nin göstərdiyi xidmətin tarifinin tənzimlənməsi barədə" 29 dekabr 2024-cü il tarixli qərarında dəyişiklik edib.

 "DİA-AZ" xəbər verir ki, qərarı Şuranın sədri Mikayıl Cabbarov imzalayıb.

Qərara əsasən,əhali istehlakçı qrupuna göstərilən istilik xidmətinin tarifi 1 Qkal üçün ƏDV daxil olmaqla 14,6 manatdan 21 manata, sayğac quraşdırılmadığı halda isə aylıq 1 m2 üçün ƏDV daxil olmaqla 0,3 manatdan 0,45 manata çatdırılıb.

Qeyd edək ki,bir müddət əvvəl əhali istehlakçı qrupuna göstərilən istilik xidmətinin tarifi 1 m2 üçün 0,15 qəpikdən 0,30 qəpiyə qaldırılmışdı.

Birinci məlumatlanmaq üçün facebook səhifəmizi