Milli Kitabxanada “17 noyabr - Milli Dirçəliş Günü” adlı ənənəvi geniş kitab sərgisi açılıb

Milli Kitabxanada “17 noyabr - Milli Dirçəliş Günü” adlı ənənəvi geniş kitab sərgisi açılıb 

Xalqımızın azadlıq mübarizəsinin əsas mərhələlərindən birini təşkil edən 17 Noyabr – Milli Dirçəliş Günü Azərbaycanın müstəqilliyinin bərpa edilməsində tarixi rol oynayıb.

Xalqın istiqlal mücadiləsinin əsas mərhələlərindən biri olan 17 Noyabr - Milli Dirçəliş Günü, məhz xalqın istəklərini reallaşdırmaq məqsədindən güc alıb. Sovet rəhbərliyinin Qarabağ məsələsi ətrafında apardığı anti-Azərbaycan siyasəti nəticəsində, XX əsrin 80-ci illərinin sonunda Azərbaycanda antisovet xalq hərəkatı təşəkkül tapıb və 1988-ci il noyabrın 17-də Bakının əsas meydanı sayılan "Azadlıq" meydanında Azərbaycan xalqının uzunmüddətli mitinqləri başlayıb.

1988-ci il noyabrın 17-də Azadlıq meydanına toplaşan yüz minlərlə insan keçmiş sovetlərin Azərbaycana yönəlik ikili standartlara söykənən siyasətinə etiraz edib. Ermənistanın Azərbaycana qarşı ərazi iddiası irəli sürməsi, Qarabağda yaşayan ermənilərin açıq separatçılıq hərəkatı, bu proseslərin Ermənistan və Dağlıq Qarabağda yaşayan yüz minlərlə azərbaycanlının öz yurd-yuvasından qovulması ilə nəticələnməsi Milli Dirçəliş Gününün əsasını qoyub.

17 Noyabr bir daha göstərdi ki, bütün ciddi-cəhdlərə baxmayaraq, azad yaşamaq üçün xəlq olunmuş milləti müstəmləkə boyunduruğu altında saxlamaq qeyri-mümkündür.

Ulu Öndər Heydər Əliyevin siyasi kursunu davam etdirən Azərbaycan Prezidenti İlham Əliyev dövlətçiliyin möhkəmləndirilməsinə, iqtisadiyyatın inkişafına və milli-mənəvi dəyərlərin qorunub saxlanmasına xüsusi diqqət yetirir. Azərbaycan bu gün həm siyasi, həm də iqtisadi cəhətdən dünyanın nüfuzlu dövlətlərindən birinə çevrilib. Bu gün Azərbaycan gələcəyə inamla baxır. Prezident İlham Əliyev ölkəmizi gələcəyə və yeni uğurlara inamla aparır. Bu, bir reallıqdır ki, müasir dünyada xarici ölkələr Azərbaycanın mövqeyi ilə hesablaşırlar. Bu gün Azərbaycan, sözün əsl mənasında, müstəqil, dünyəvi və inkişaf edən bir ölkədir.

Bu tarixi gün münasibətilə Milli Kitabxanada “17 noyabr - Milli Dirçəliş Günü”  adlı ənənəvi geniş kitab sərgisi açılıb.

 Sərgidə XIX əsrin sonu-XX əsrin əvvələri Azərbaycan tarixi, Azərbaycan xalqının milli oyanışı, azadlıq mücadiləsi, dövlətçilik, milli özünüdərk, mənəvi dəyərlər, Ulu öndərin xilaskarlıq missiyası, Heydər Əliyev və milli dirçəlişimiz və s. mövzularda Azərbaycan və müxtəlif dillərdə kitablar nümayiş olunur.

Faktinfo.az


 


Birinci məlumatlanmaq üçün facebook səhifəmizi