
Milli Kitabxanada “20 sentyabr – Dövlət Suverenliyi Günü” adlı virtual və eyniadlı ənənəvi kitab sərgisi istifadəçilərə təqdim olunub
19 sentyabr 2026-cı il tarixində Milli Kitabxanada “20 sentyabr – Dövlət Suverenliyi Günü”; Ağdərə; Xankəndi; Xocalı və Xocavənd Şəhərləri Günü münasibətilə virtual və eyniadlı ənənəvi kitab sərgisi istifadəçilərə təqdim olunub.
Bu gün Azərbaycanda Dövlət Suverenliyi Günüdür. Dövlət Suverenliyi Günü Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2024-cü il sentyabrın 19-da imzaladığı "Azərbaycan Respublikasında Dövlət Suverenliyi Gününün təsis edilməsi haqqında" sərəncamına əsasən qeyd edilir.
Sərgilərdə Xankəndi, Xocalı, Xocavənd və Ağdərə şəhərlərinə dair rəsmi sənədlər, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi ilə "Dəmir Yumruq" adı altında aparılmış 44 günlük Vətən müharibəsi, hərbi və siyasi strategiya, hərbi taktikası, qazanılmış Şanlı Qələbə və Azərbaycanın ərazi bütövlüyünün və suverenliyinin bütün ölkə ərazisində tam bərqərar edilməsi, ölkəmizin ərazi bütövlüyü yolunda canlarından keçən əsgər və zabitlərin, şəhidlərin döyüş yolu haqqında, eyni zamanda, işğaldan azad edilmiş ərazilərdə Prezident İlham Əliyevin rəhbərliyi və Birinci Vitse- Prezident Mehriban xanım Əliyevanın fəal iştirakı ilə məqsədyönlü bərpa-quruculuq işlərinin aparılması və müasir konsepsiyalar əsasında nəhəng infrastrukturun yaradılması, işğaldan azad edilmiş torpaqlara Böyük Qayıdışın yüksək səviyyədə təmin edilməsi və s. haqqında Azərbaycan və xarici dillərdə ədəbiyyatlar, dövri mətbuat materialları nümayiş olunur.
Virtual sərgi ilə tanış olmaq istəyənlər https://anl.az/el/vsb/20_sentyabr_Suverenlik_Gunu/index.htm linkindən istifadə edə bilərlər.
Suverenlik dövlətin müstəqilliyinin, milli iradəsinin və beynəlxalq hüquqda subyekt kimi tanınmasının ən yüksək göstəricisidir. Hüquqi baza isə bu müstəqilliyin qorunmasının təminatıdır. Azərbaycan Respublikasında son illərdə qəbul edilən siyasi və hüquqi qərarlar məhz bu iki konseptual anlayışın – Konstitusiya və suverenliyin vəhdəti üzərində qurulub. 2025-ci ilin Prezident İlham Əliyevin Sərəncamı ilə “Konstitusiya və Suverenlik İli” elan olunması və sentyabrın 20-də Dövlət Suverenliyi Gününün təsis edilməsi bu istiqamətdə strateji xarakterli addımlar sırasına daxildir.
Qarabağda milli suverenliyimizin tam bərpa edilməsi Ulu Öndər Heydər Əliyevin xatirəsinə olan ümummilli ehtiramın ən böyük nümunəsinə çevrildi.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə 44 günlük Vətən müharibəsində tarixi Zəfər əldə olundu və torpaqlarımız azadlığa qovuşdu.
Qarabağ və Şərqi Zəngəzurda antiterror tədbirləri nəticəsində dövlət suverenliyi və Konstitusiya quruluşu bərpa edildi.
Məcburi köçkünlərin doğma yurdlarına dönüşü üçün Azərbaycan Prezidentinin 2022-ci il 16 noyabr tarixli 3587 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı”nın icrasına başlanılıb. Artıq Xocalı şəhəri də daxil olmaqla işğaldan azad edilmiş ərazilərin bir çoxunda məcburi köçkünlərin qayıdışı təmin olunur, sakinlərin doğma yurd-yuvasına köçürülməsi davam edir.
Prezident İlham Əliyev 2023-cü il oktyabrın 15-də Xankəndi şəhərinə, Xocavənd, Şuşa, Xocalı, Ağdərə rayonlarına səfər etdi, Əsgəran qalasında olub və orada Azərbaycan bayrağını qaldırdı.
Bu gün üçrəngli bayrağımız Qarabağın və Şərqi Zəngəzurun hər bir guşəsində - Cəbrayılda, Füzulidə, Zəngilanda, Qubadlıda, Kəlbəcərdə, Ağdamda, Şuşada, Hadrutda, Laçında, Əsgəranda, Xocavənddə, Ağdərədə, Xocalıda və Xankəndidə dalğalanır.
Bu zəfər möhtərəm Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyev ziddiyyətli beynəlxalq münasibətlər şəraitində dövlətin təkbaşına və güc yolu ilə öz hüquqlarını təmin etməyinin nümunəsini yaratdı.
20 Sentyabrın mahiyyəti yalnız suverenliyin bərpa edildiyi gün ifadəsi ilə məhdudlaşmır. Bu tarix Azərbaycan dövlətinin öz ərazisi, siyasi iradəsi və gələcək inkişaf istiqamətləri üzərində tam məsuliyyət daşıdığı yeni mərhələnin başlanğıcını simvollaşdırır.
Faktinfo.az














Bu xəbər üçün şərh yazın