Milli Kitabxanada “4 oktyabr– Cəbrayıl şəhəri günü” adlı virtual və eyniadlı ənənəvi kitab sərgisi istifadəçilərə təqdim olunub

Milli Kitabxanada “4 oktyabr– Cəbrayıl şəhəri günü” adlı virtual və eyniadlı ənənəvi kitab sərgisi istifadəçilərə təqdim olunub - FOTO

Bu gün Cəbrayıl Şəhəri Günüdür. Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin 31 iyul 2023- cü il tarixli Sərəncama əsasən hər il oktyabrın 4-də “Cəbrayıl Şəhəri Günü” kimi qeyd olunur.

Faktinfo.az-a kitabxanadan verilən məlumata görə,bu tarixi gün münasibətilə Milli Kitabxanada “4 oktyabr - Cəbrayıl şəhəri günü” adlı virtual sərgi və eyniadlı ənənəvi kitab sərgisi istifadəçilərə təqdim olunub.

Virtual sərgidə rəsmi sənədlər, fotolar, Cəbrayıl şəhəri, eləcə də aparılan bərpa-quruculuq işləri haqqında,  Cəbrayıla Böyuk Qayıdışın yüksək səviyyədə təmin edilməsi, Vətən müharibəsi və Böyük Zəfəri əks etdirən Milli Kitabxananın fondunda mühafizə olunan kitablar, məqalələr və s. materiallar Azərbaycan və xarici dillərində nümayiş olunur.

Virtual sərgi ilə https://anl.az/el/vsb/Cebrayil/index.htm linkindən istifadə edərək tanış ola bilərsiniz.

Ənənəvi sərgidə Cəbrayıl şəhərinin tarixi, toponimləri, tarixi əhəmiyyət daşıyan qədim maddi-mədəniyyət abidələri haqqında, Vətən müharibəsindən, şanlı qələbədən, tarix yazan qəhrəmanlardan, ölkəmizin ərazi bütövlüyü yolunda canlarından keçən əsgər və zabitlərin, şəhidlərin döyüş yolundan bəhs edən Azərbaycan və müxtəlif dillədə ədəbiyyatlar nümayiş olunur.

Faktinfo.az

 


Milli Kitabxanada “4 oktyabr– Cəbrayıl şəhəri günü” adlı virtual və eyniadlı ənənəvi kitab sərgisi istifadəçilərə təqdim olunubMilli Kitabxanada “4 oktyabr– Cəbrayıl şəhəri günü” adlı virtual və eyniadlı ənənəvi kitab sərgisi istifadəçilərə təqdim olunub
Birinci məlumatlanmaq üçün facebook səhifəmizi