
Milli Kitabxanada “Əməkdar incəsənət xadimi Gülnaz Abdullazadə” adlı ənənəvi kitab sərgisi istifadəçilərə təqdim olunub
Faktinfo.az xəbər verir ki,5 sentyabr 2026-cı il tarixində Milli Kitabxanada bəstəkar-musiqişünas, filosof, fəlsəfə elmləri doktoru, professor Gülnaz Abutalıb qızı Abdullazadənin 80 illik yubileyinə həsr olunmuş “Əməkdar incəsənət xadimi Gülnaz Abdullazadə” adlı ənənəvi kitab sərgisi istifadəçilərə təqdim olunub.
Sərgidə bəstəkarın ön söz müəllifı, redaktoru olduğu, rəyçi, layihə rəhbəri, məsləhətçisi, monoqrafiyaları, nota alınmış əsərləri, elmi fəaliyyəti, Azərbaycan və rus diində çap olunan ədəbiyyatlar, dövri mətbuat materialları nümayiş olunur.
Gülnaz Abutalıb qızı Abdullazadə 1946-cı il sentyabr ayının 7-də Bakı şəhərində anadan olub. 1971-ci ildə Azərbaycan Dövlət Konservatoriyasının (indiki AMK) bəstəkarlıq sinfini bitirib.
1976-1979-cu illərdə M.Lomonosov adına Moskva Dövlət Universitetinin aspiranturasında (fəlsəfə fakültəsinin Estetika kafedrası) təhsil alıb.
Gülnaz xanım 1 saylı musiqi məktəbində, A.Zeynallı adına Musiqi Texnikumunda, Azərbaycan Pedaqoji Xarici Dillər İnstitutunda (indiki ADDU) kafedra müdiri vəzifəsində çalışıb.
1991-ci ildən Bakı Musiqi Akademiyasının elmi-tədqiqat və yaradıcılıq
işləri üzrə prorektorudur.
Azərbaycan və dünya musiqisinin fəlsəfi problemlərinə və Azərbaycan bəstəkarlarının yaradıcılığına dair bir sıra əsərlərin müəllifidir. “Azərbaycan muğamlarının fəlsəfi mahiyyəti” (1983), “Musiqi sənətinin fəlsəfi mahiyyəti” (1985), “Musiqi, insan, cəmiyyət” (1991), “Azərbaycan fəlsəfəsi” (həmmüəllif, 1993), “Qədim və orta əsrlərin musiqi mədəniyyəti” (1996), “Hegelin musiqi estetikası” (1999) və s. monoqrafiyalarını yazarkən bütövlükdə muğamların və folklor musiqisinin fəlsəfi mahiyyətinə əsaslanıb.
Aspiranturanı bitirdikdən sonra “Hegelin estetikasında musiqi incəsənətinin problemləri” mövzusunda namizədlik, 1990-cı ildə isə doktorluq dissertasiyasını uğurla müdafiə edib. “Qədim və orta əsrlər musiqi mədəniyyətinin tarixi-fəlsəfi təhlili” (Şərq-Qərb kontekstində) mövzusunda elmi işi yüksək qiymətləndirilib və 1992-ci ildə professor elmi rütbəsini alıb.
Gülnaz Abutalıb qızı Abdullazadə 1999-cu ildə akademik Yusif Məmmədəliyev adına mükafatın laureatı olub. 2007-ci ildə ona Azərbaycan Respublikasının Əməkdar İncəsənət Xadimi fəxri adı verilib.
2012-ci ildə ona Azərbaycan Bayrağı Mükafatı laureatı, “Xalqın nüfuzlu ziyalısı” fəxri diplomu və “Qızıl Qələm” media mükafatı laureatı diplomu təqdim edilib.
2017-ci il iyulun 4-də bəstəkar-musiqişünas Gülnaz Abdullazadəyə həsr edilmiş kitabın təqdimatı keçirilib.













Bu xəbər üçün şərh yazın