Milli Kitabxanada "Shusha the Cultural Capital of the Islamic World" adlı elektron məlumat bazasının təqdimatı keçirilib

Milli Kitabxanada "Shusha the Cultural Capital of the Islamic World" adlı elektron məlumat bazasının təqdimatı keçirilib - FOTOLAR

Noyabrın 19-da Milli Kitabxanada BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) çərçivəsində “Shusha the Cultural Capital of the Islamic World” adlı elektron məlumat bazasının təqdimat mərasimi keçirilib.

Faktinfo.az xəbər verir ki,tədbirdə bu gün beynəlxalq tədbirlərə ev sahibliyi edən, əvvəlki simasını özünə qaytaran Mədəniyyət paytaxtımız 2024-cü il üçün “İslam dünyasının mədəniyyət paytaxtı” adına layiq görülməsi onun tək bizim üçün deyil bütün islam aləmi üçün nə qədər böyük əhəmiyyətə malik olduğu qeyd olunub. Mühüm tarixi-mədəni əhəmiyyəti və xalqımız üçün müstəsna mənəvi dəyərə malik olan Şuşa şəhərində bir sıra tarixi, mədəni abidələrin bərpası üzrə genişmiqyaslı layihələrin həyata keçirildiyi, bu qədim şəhərdə keçmiş ənənələrin bərpa edilərək həyatın yenidən dirçəlməyə başladığı əlavə olunub.

Qeyd edək ki, elektron məlumat bazası “Official documents”, “Prominent personalities about Shusha”, “History”, “Historical monuments”, “Administrative structure”, “Prominent personalities”, “Publications” və digər bölmələrdən ibarətdir. Bazada təqdim olunan sənədlər tam mətnləri ilə verilib.

Elektron məlumat bazası ilə tanış olmaq istəyənlər https://anl.az/el/emb/IDMP-SHUSA_en/index.html linkindən istifadə edə bilərlər.

 



Milli Kitabxanada "Shusha the Cultural Capital of the Islamic World" adlı elektron məlumat bazasının təqdimatı keçirilibMilli Kitabxanada "Shusha the Cultural Capital of the Islamic World" adlı elektron məlumat bazasının təqdimatı keçirilibMilli Kitabxanada "Shusha the Cultural Capital of the Islamic World" adlı elektron məlumat bazasının təqdimatı keçirilib
Birinci məlumatlanmaq üçün facebook səhifəmizi