
Milli Kitabxanada “Xalq rəssamı Kamil Əliyev – 105” adlı virtual və ənənəvi kitab sərgisi istifadəçilərə təqdim olunub
22 oktyabr 2026-cı il tarixində Milli Kitabxanada “Xalq rəssamı Kamil Əliyev – 105” adlı virtual və ənənəvi kitab sərgisi istifadəçilərə təqdim olunub.
Sərgilərdə rəssamın əsərləri, həyat və yaradıcılığı haqqında Azərbaycan və rus dilində ədəbiyyatlar, dövri mətbuat materialları nümayiş olunur.Virtual sərgi ilə tanış olmaq istəyənlər https://anl.az/el/vsb/Kamil_Eliyev/index.htm linkindən istifadə edə bilərlər.Kamil Müseyib oğlu Əliyev 22 oktyabr 1921-ci ildə Qərbi Azərbaycanda, İrəvan şəhərində anadan olub.1936-cı ildə Bakı Rəssamlıq Məktəbinə daxil olmuş və görkəmli rəssam Ə.Əzimzadənin sinfində təhsil alıb.
Burada təhsilini davam etdirməklə yanaşı, “Azərxalça” birliyində eksperimental laboratoriyada köçürücü rəssam kimi işləməyə başlayıb.1954-cü ildə “Soyuz-Torq reklam”ın baş direktoru və baş rəssamı təyin olunmuş, 1961-ci ildə Bədii Fondun Yaradıcı-İstehsalat Kombinatının direktoru, 1964-1971-ci illərdə Bakı Zərgərlik Fabrikinin direktoru, 1971-ci ildə isə Yerli Sənaye Nazirliyi İstehsalat şöbəsinin müdiri işləyib. O, 1993-cü ildən ömrünün sonunadək “Azərxalça” Elmi İstehsalat Birliyinin baş direktoru olub.İlk portret-xalçasını 1958-ci ildə böyük Azərbaycan şairi M.Füzuliyə həsr edib. Sənətkar xalçanın təravətli, şux rəngli naxışları ilə Füzuli lirikasını tamaşaçıya çatdırıb. Xalçanın uğuru rəssamı daha da ruhlandırıb, İ. Nəsimi (1973) və Nizami Gəncəviyə (1978) həsr edilmiş xalçalarını yaradıb.Rəssamın 1998-ci ildə yaratdığı, yüksək bədii xüsusiyyətlər kəsb edən, böyük dövlət xadimi, ümummilli lider Heydər Əliyevin portreti də belə əsərlərdəndir.
Azərbaycanda ilk dəfə xalça muzeyinin açılması da Kamil Əliyevin adı ilə bağlıdır.Kamil Əliyevin çeşniləri əsasında toxunmuş xalçalar respublikamız müstəqillik qazandıqdan sonra dünyanın bir çox ölkələrində uğurla nümayiş etdirilib. Azərbaycan xalçasının şöhrətini daha da artıran bu qədim el sənətinin nümunələri ən mötəbər muzeylərdə, o cümlədən Londonun məşhur “Viktoriya və Albert” muzeyində saxlanılır.1941-ci ildən Böyük Vətən müharibəsində iştirak edib, 1945-ci ildə cəbhədən 22 orden və medalla dönüb. K.Əliyev Azərbaycan incəsənətində göstərdiyi xidmətlərə görə ilk dəfə 1960-cı ildə Fəxri fərmana layiq görülmüş, respublikanın “Tətbiqi incəsənət ustası” adını qazanıb.1967-ci ildə “Əməkdar rəssam”, 1982-ci ildə isə “Xalq rəssamı” fəxri adlarına layiq görülüb. 1998-ci ildə Ali Attestasiya Komissiyası tərəfindən ona dekorativ və tətbiqi sənət üzrə professor elmi rütbəsi verilib, 1999-cu ildə isə “İstiqlal” ordeni ilə təltif olunub. Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdçüsü idi.Xalq rəssamı Kamil Əliyevin xatirəsini əbədiləşdirmək məqsədi ilə 2007-ci il oktyabrın 26-da vaxtilə yaşadığı evin qarşısında xatirə lövhəsi vurulmuş və ev-muzeyi açılıb.Azərbaycan Respublikasının Prezidenti Xalq rəssamı Kamil Əliyevin anadan olmasının 90 illik yubileyinin keçrilməsi haqqında sərəncam imzalanıb.2011-ci il oktyabr ayının 22-də Xalq rəssamı Kamil Əliyevin anadan olmasının 90 illik yubileyi münasibətilə Xalça Muzeyində “Kamil Əliyevin xalça dünyası” kitab-albomunun təqdimat mərasimi keçirilib.
2021-ci il oktyabr ayının 12-də Prezident İlham Əliyevin 100 illik yubileyinin qeyd edilməsi haqqında sərəncam imzalanıb.
Faktinfo.az














Bu xəbər üçün şərh yazın