Milli Kitabxanada “Xalq şairi Vahid Əziz – 80” adlı ənənəvi kitab sərgisi istifadəçilərə təqdim olunub

Milli Kitabxanada “Xalq şairi Vahid Əziz – 80” adlı ənənəvi kitab sərgisi istifadəçilərə təqdim olunub 

Faktinfo.az xəbər verir ki,Milli Kitabxanada Çağdaş Azərbaycan poeziyasının görkəmli və qüdrətli nümayəndəsi, Xalq şairi Vahid Əzizin anadan olmasının 80 illik yubileyi  münasibətilə “Xalq şairi Vahid Əziz – 80” adlı ənənəvi kitab sərgisi istifadəçilərə təqdim olunub.

Sərgidə şairin qələmə aldığı poetik nümunələr - şeirləri, poemaları, tərcümələri, publisistikası, tərtibçi və  ön söz yazdığı ədəbiyyatlar, sözlərinə bəstələnmiş musiqi notları və dövri mətbuat materialları nümayiş olunur.

Xalq şairi Vahid Əziz (Vahid Əziz oğlu Cəfərov)  1945-ci il noyabrın 23-də Qərbi Azərbaycanda, qədim Dərələyəz mahalında qulluqçu ailəsində anadan olub. Azərbaycanın Tərtər rayonuna köçdüklərindən orta məktəbi orada bitirib.

1965-ci ildə ilk və bir neçə şeiri “Politexnik” qəzetində nəşr olunub. “Mən küləyi görürəm” adlı ilk şeirlər kitabı 1969- cu ildə işıq üzü görüb.

Nəğməkar şair Vahid Əzizin çox sayda şeirinə mahnı və musiqi bəstələnib.

Azərbaycan mədəniyyətinin inkişafında xidmətlərinə görə 24 may 2019-cu ildə “Xalq şairi” fəxri adına layiq görülüb.

Faktinfo.az

 


Birinci məlumatlanmaq üçün facebook səhifəmizi