
Milli ordumuzun inkişaf tarixi Ulu Öndər Heydər Əliyevin adı ilə bağlıdır
Ulu Öndərin vurğuladığı kimi, “Etibarlı, güclü, Vətənini, torpağını müdafiə etməyə qadir silahlı qüvvələri olmayan ölkənin müstəqilliyi də etibarlı ola bilməz.” Beləliklə, həyata keçirilən uğurlu siyasət nəticəsində Silahlı Qüvvələrin maddi-texniki təminatının yaxşılaşdırılmasına, şəxsi heyətin mənəvi-psixoloji hazırlığının artırılmasına və döyüş ruhunun yüksəldilməsinə xüsusi diqqət ayrıldı, nəticədə Azərbaycan ordusu kifayət qədər təşkilatlanmış böyük bir qüvvəyə çevrildi.
Ordu quruculuğu ilə bağlı həyata keçirilən tədbirlər son 20 ildə Prezident İlham Əliyevin rəhbərliyi ilə yeni müstəvidə uğurla davam etdirildi. Belə ki, Silahlı Qüvvələrimizin istər peşəkar hazırlığı, maddi-texniki bazası daha da möhkəmləndirildi, istərsə də hərbi qulluqçular, əsgərlərimizin sosial müdafiəsi sahələrində bir sıra zəruri tədbirlər həyata keçirildi, ümumilikdə ölkənin müdafiə xərcləri əhəmiyyətli dərəcədə artırıldı.
2017-ci il 29 dekabr tarixində qəbul edilmiş Qanun isə Azərbaycan Respublikası Silahlı Qüvvələrinin təyinatı, idarə olunması və hərbi quruculuğu məsələlərini tənzimləyir, habelə Silahlı Qüvvələrin əsas vəzifələrini və fəaliyyətinin hüquqi əsaslarını müəyyən edir.
Təsadüfi deyil ki, ordu quruculuğu prosesində Azərbaycan gəncliyinin yüksək iştirakçılığı prioritet istiqamətlərdən biri olaraq müəyyənləşdirilib. Belə ki, ordumuz müasir gəncliyin vətənpərvərlik ruhunda formalaşmasında, milli-mənəvi dəyərlərə bağlı, intizamlı vətəndaş kimi yetişməsində mühüm rol oynayır. Bu gün həm fiziki, həm də mənəvi olaraq sağlam, vətənpərvər Azərbaycan gəncliyinin yetişməsi gələcəkdə bütün sahələrdə əldə olunan nailiyyətlərin əsasını təşkil edəcəkdir.
Ölkə başçısının ali diqqət və qayğısı sayəsində Azərbaycan Silahlı Qüvvələri regionun ən qüdrətli ordusuna çevrilib. Ali Baş Komandan, Böyük Sərkərdə İlham Əliyevin qeyd etdiyi kimi, 1918-ci ildə Azərbaycan Ordusunun yaradılması haqqında qərar veriləndə, yəqin ki, Azərbaycan Xalq Cümhuriyyətinin qurucuları heç təsəvvür edə bilməzdilər ki, bu gün Azərbaycan Ordusu dünyanın ən güclü 50 ordusu sırasında olacaq. Nüfuzlu “Global Fire Power” mərkəzinin 55 göstərici əsasında hazırladığı hesabatda Azərbaycan Ordusu Cənubi Qafqazda birinci, dünyada ilk əlli ordu sırasında yer aldı.
Beləliklə, Azərbaycanın istər ölkə səviyyəsində, istərsə də beynəlxalq səviyyədə əldə etdiyi bütün uğurlar yeni çağırışlara cavab verən mükəmməl, dayanıqlı idarəetmə modelinin tətbiqinin bariz nümunəsidir.
İbrahim Cəfərov
AMEA Bitki Mühafizə və Texniki Bitkilər ETİ-nin direktoru,professor
Birinci məlumatlanmaq üçün facebook səhifəmizi












Bu xəbər üçün şərh yazın