Min manat gəlirdən 250 manatı dövlətə kimlər ödəyəcək? –İqtisadçı alim Qubad İbadoğlunun şərhi

Min manat gəlirdən 250 manatı dövlətə kimlər ödəyəcək? –İqtisadçı alim Qubad İbadoğlunun şərhi 

ADR sədri, iqtisadçı alim Qubad İbadoğlu vergi və sığorta qanunvericiliyində gözlənilən dəyişikliklərin xidmət müqaviləsi ilə çalışanlara nə vəd ettdiyini təhlil edib.

Ekspertin təhlilini oxuculara təqdim edirik:

Gələn ildən Vergi Məcəlləsində və “Sosial sığorta haqqında” Qanunda bir sıra dəyişikliklər gözlənilir. Bu dəyişiklərin ən böyük təsirlərindən biri sahibkarlıq fəaliyyəti ilə məşğul olmayan, mülki hüquqi xarakterli müqavilələrlə xidmət göstərənlərlə bağlı olacaq. Belə ki, onların vergi öhdəliklərində ciddi artımlar nəzərdə tutulur.
Gələn ildən xidməti müqavilə əsasında çalışan (VÖEN-i olmayan) və ayda 500 manat həcmində ödəniş alan şəxs ayda 125 manat, 600 manat alan şəxs 150 manat, 800 manat alan şəxs 200 manat, 1000 manat alan şəxs isə 250 manat, 2000 manat alan şəxs isə 500 manat (25 faiz) ödəməli olacaq. 
Digər bir dəyişikliyə görə, sahibkarlıq fəaliyyəti üzrə muzdlu işə aid olmayan fəaliyyətdən gəlir əldə edən sığortaolunanlar üzrə məcburi dövlət sosial sığorta haqqı minimum aylıq əməkhaqqının tikinti və ticarət sahələrində 50 faizi, digər sahələrdə 25 faizi miqdarında olacaq. Bu da o deməkdir ki, VÖEN-i olub tikinti və ticarətdə ayda 65 manat, digər sahələrdə çalışanlar isə (məsələn, QHT sektoru, konsaltinq xidməti və sair) ayda 32.50 manat sosial sığorta haqqı ödəyəcəklər.
Xatırladaq ki, “Sosial sığorta haqqında” qanunda mülki hüquqi xarakterli müqavilələrlə işləyənlər üzrə ödəmə mənbəyindən tutulmaqla gəlirlərinin 25 faizini DSMF-ə ödəniş edirlər. Hazırda digər sahələr üçün sosial sığorta haqqının məbləği minimum əmək haqqının ən çoxu 20 faizi, yəni Bakıda qeydiyyatda olanlar üçün 26 manat təşkil edir, Sumqayıt və Gəncədə 23,4 manat, respublika tabeli şəhərlərdə 20,8 manat, rayon mərkəzlərində, digər şəhərlərdə və qəsəbələrdə 15,6 manat, kənd yerlərində 13 manat məcburi dövlət sosial sığorta haqqı ödəyirlər.Gələn ildən artıq regionlar üzrə sosial sığorta ödənişlərinin məbləği fərqləndirilməyəcək, respublika üzrə vahid rəqəm tətbiq olunacaq.
Bundan əlavə, mülki hüquqi xarakterli müqavilələrlə Bakıda fəaliyyət göstərənlər indiyədək sadələşdirilmiş vergi ödəyicisi kimi aldıqları ödənişin 4 faizi, rayonlarda isə 2 faizi, yəni Bakıda 500 manat alan 20 manat, rayonlarda 10 manat, 1000 manat alan Bakıda qeydiyyatda olan 40 manat, rayonda qeydiyyatda olan isə 20 manat ödəyirdi.
Vergi Məcəlləsində gözlənilən dəyişikliklər bu şəkildə təsdiq edilərsə, gələn ildən həmin şəxslər gəlir sadələşdirilmiş vergi ödəyici sayılmayacaq, gəlirlərindən vergi verəcəklər və çox güman ki, mikro sahibkarlıq subyekti sayılacaqlar (Meyarları Nazirlər Kabineti müəyyən edəcək) və onların qazancının 75 faizinə güzəşt tətbiq olunacaq, yerdə qalan 25 faizi 20 faizlə vergiyə cəlb ediləcək. Ancaq bu o halda olacaq ki, xərclərini sənədlərlə təsdiq edə bilsinlər.
Qeyd edək ki, xüsusilə QHT sektorunda xərclərin sənədlərlə təsdiqi məsələsi çox çətinliklər yaradacaq. Xərclərin sənədlərlə təsdiq edilməməsi isə onun gəlir sayılması, gəlir məbləğinin artması və müvafiq olaraq ödəniləcək verginin də yüksək olması deməkdir.
Bu isə o deməkdir ki, təklif edilən dəyişiklə mülki hüquqi-xarakterli müqavilələrlə çalışanlar “kölgədən çıxmayacaq”, əksinə “kölgədə qalanların” sayı artacaq.

Birinci məlumatlanmaq üçün facebook səhifəmizi

 Digər xəbərlərBütün xəbərlər

Bütün xəbərlər