Minnixanov Rusiyada qəbul edilən yeni qanunu tənqid etdi

Minnixanov Rusiyada qəbul edilən yeni qanunu tənqid etdi 

Tatarıstanın rəhbəri Rüstəm Minnixanov Rusiyada yeni qəbul edilmiş qanunu tənqid edib.

Yeniavaz.com xəbər verir ki, Tatarıstan rəhbəri İnnopolisdə təhsil və elm işçilərinin toplantısında məktəblərə rus dili imtahanından keçməyən əcnəbilərin uşaqlarını qəbul etməyi qadağan edən qanun barədə danışıb. 

“İşləmək lazımdır, sistemli işləmək lazımdır. Uşağı necə məktəbə buraxmayasan? Harada olmalıdır? Onun günahı var ki, dili bilmir? O öyrənəcək. İstənilən uşaq üç-dörd aya dili öyrənəcək. Bu, elə də böyük məsələ deyil. Bu cəfəngiyyatdır. Ehtiyatlı davranmaq lazımdır. Uşaqdır, onun günahı yoxdur”.

Minnixanovun sözlərinə görə, hazırda Tatarıstanda üç mindən çox məktəbli - əcnəbilərin uşaqları, həmçinin 22 mindən çox əcnəbi tələbə var:

“Biz miqrantlarsız yaşaya bilmərik - onlar bizim işçi qüvvəmizdir. Onları haradan alacağıq? Onların da əksəriyyəti qanunlara tabe olan, əmək qabiliyyətli vətəndaşlardır. Bu məsələ ilə bağlı sistemli işləmək lazımdır”.

O, əcnəbilərin uşaqlarının rus dilini öyrənə biləcəyi kurslar təşkil etməyi tapşırıb.

Qeyd edək ki, 2025-ci il aprelin 1-dən Rusiyada əcnəbilərin uşaqlarının məktəbə qəbul olunarkən rus dilini bilmək üçün imtahandan keçmək məcburiyyətində olduqları qanun qüvvəyə minib.

Birinci məlumatlanmaq üçün facebook səhifəmizi

 Digər xəbərlərBütün xəbərlər

Bütün xəbərlər