Moldavanın dövlət dili rumın dili oldu – Stalinin “irsi” keçmişdə qaldı

Moldavanın dövlət dili rumın dili oldu – Stalinin “irsi” keçmişdə qaldı 

“Qruziya onlayn” xəbər verir ki, Moldova parlamenti martın 16-da ölkənin bütün qanunlarında “moldav dili”, “ana dili” ifadələrinin əvəzinə “rumın dili” anlayışının möhkəmləndirməsini nəzərdə tutan qanunu qəbul edib.

 58 deputat qanun layihəsinin lehinə səs verib.

İclasdan əvvəl kommunistlər və sosialistlər bloku rumın dili barəsindəki qanun layihəsini gündəlikdən çıxarmağa çalışsalar da, buna nail olmaq üçün yetərincə səs toplaya bilməyiblər.

Moldova Konstitusiyasının dil haqqında maddəsi indən sonra bu məzmunda olacaq: “Moldova Respublikasının dövlət dili rumın dilidir”.

Qeyd edək ki, Moldovanın rəsmi dilinin "moldav dili" adlandırılması daha çox İkinci dünya müharibəsi başlanan zaman Moldovanın SSRİ-yə birləşdirilməsi ilə əlaqədardır.

11 sentyabr 2009-cu ildən 28 dekabr 2010-cu ilədək müvəqqəti prezident Moldova Prezidentinin səlahiyyətlərini icra etmiş Mixay Gimpu bu məsələ ilə bağlı parlamentdəki tarixi çıxışı zamanı demişdi: “Moldav və rumın dillərinin eyniliyi hamı tərəfindən tanınıb. Artıq hər şeyi öz adı ilə çağırmaq, Stalinin dillər haqqındakı nəzəriyyəsinin arxasında gizlənməkdən qaçmaq lazımdır"./Hurriyyet.az

Birinci məlumatlanmaq üçün facebook səhifəmizi