“Moskvada 20-yə yaxın erməni üç azərbaycanlı və bir çeçenin üzərinə hücum çəkib”

“Moskvada 20-yə yaxın erməni üç azərbaycanlı və bir çeçenin üzərinə hücum çəkib” - Diaspor sədri

Moskvada azərbaycanlılarla ermənilər arasında kütləvi dava düşüb.

Bu barədə APA.az-ın Moskva müxbirinə paytaxtın Qərb inzibati dairəsi üzrə Oçakova-Matveyevskaya rayonunun Azərbaycanlı Milli Mədəni Muxtariyyətinin sədri Əli Kazımov məlumat verib.

Onun sözlərinə görə, 20 nəfərə yaxın erməni Moskvanın Matveyevskaya küçəsində üç azərbaycanlı və bir çeçenin üzərinə hücum çəkib. Hadisə yerinə polislər gəlib.

Milli Mədəni Muxtariyyətin idman komitəsinin sədri Raqib Bayramovun APA.az-a verdiyi məlumata görə, baş verən hadisə Azərbaycan diasporunun nəzarətindədir. O, hazırda hadisə yerində olduğunu, polislərin məsələ ilə bağlı araşdırma apardığını söyləyib.

Birinci məlumatlanmaq üçün facebook səhifəmizi