Moskvada benzinin qiyməti rekord həddə çatdı

Moskvada benzinin qiyməti rekord həddə çatdı 

Rusiyada benzinin topdan şatış qiyməti noyabrda rekord həddə çatıb.

“Kommersant” qəzeti xəbər verir ki,hazırda ölkədə Aİ-92 markalı benzinin 1 tonunun dəyərinin 2,3% artaraq 42,85 min rubla qalxıb. Aİ-95 markalı benzində isə bahalaşma 1,7% olub. Hazırda onun 44,99 min rubla satıldığını vurğulayıb.

Bu göstəricilər 2017-ci il üçün rekord qiymət sayılır.

Bahalaşmaya əsas səbəb kimi “Qazprom neft”ə aid olan Moskvadakı neftayırma zavodunda yerləşən önəmli qurğulardan birinin gözlənilmədən sıradan çıxması göstərilir. Bu isə şirkəti birjadan əlavə benzin almağa məcbur edib.

Birinci məlumatlanmaq üçün facebook səhifəmizi