Moskvada müştərilərini zəhərləməkdə şübhəli bilinən erməni taksi sürücüsü polis tərəfindən saxlanılıb

Moskvada müştərilərini zəhərləməkdə şübhəli bilinən erməni taksi sürücüsü polis tərəfindən saxlanılıb 

Saxlanılan şəxs 29 yaşlı erməni sürücü Vaaqn Karapetyandır.

Məlumata görə, Karapetyan həmçinin 100 nəfərin ölümündə ittiham olunur. Onun qurbanları sırasında tanınmış aparıcı Artur Bitovun da olduğu bildirilir.

Karapetyan barəsində “Sağlamlığa ciddi ziyan vurma, qurbanın ölümü ilə nəticələnən soyğun” maddəsi ilə cinayət işi açılıb.

Qeyd edək ki, erməni cinayətkar taksi xidmətindən istifadə edən müştərilərinə tərkibində psixotrop-zəhərli maddələr olan mineral su içməyi təklif edib. Müştərilər həyatını itirdikdən sonra Karapetyan tərəfindən qarət olunublar.

Birinci məlumatlanmaq üçün facebook səhifəmizi