MSK YENİDƏN TOPLANIR - Həftə ərzində bir çox dairələr üzrə qərar veriləcək

MSK YENİDƏN TOPLANIR - Həftə ərzində bir çox dairələr üzrə qərar veriləcək 

9 fevral tarixində keçirilən parlament seçkilərinin nəticələri ilə əlaqədar Mərkəzi Seçki Komissiyası (MSK) bu gün yenidən toplanır.

Faktinfo.az xəbər verir ki,bu gün MSK sədri Məzahir Pəhanovun sədrliyi ilə keçiriləcək toplantıda bir sıra qərarlar veriləcək. Qeyd edək ki, fevralın 13-da və 15-də MSK-nın keçirilən iclasında 40-dən çox seçki dairəsi ilə bağlı daxil olan şikayətlər yenidən baxılması üçün müvafiq dairə seçki komissiyalarına göndərilib. MSK bunların bəzilərindən daxil olan müraciətlərə baxılacağı gözlənilir:

Araşdırılan 40-dan çox seçki dairəsi üzrə qərar verilə bilər.Siyahıda - 42 saylı Sumqayıt ikinci seçki dairəsi, 125 saylı Zəngilan-Qubadlı seçki dairəsi,28 saylı Sabunçu üçüncü seçki dairəsi,8 saylı Binəqədi Birinci,16 Yasamal İkinci,17 saylı Yasamal Üçüncü,18 saylı Nərimanov-Nizami və digər dairələr var.Bu barədə əlavə məlumat veriləcək.


Birinci məlumatlanmaq üçün facebook səhifəmizi