Mübariz Mənsimovu dəstəkləyənlərin dairəsi genişlənir-

Mübariz Mənsimovu dəstəkləyənlərin dairəsi genişlənir- Aygün Kazımova bütün incəsənət nümayəndələrini, ictimai xadimləri...

Xalq artisti Aygün Kazımova bütün incəsənət nümayəndələrini, ictimai xadimləri "Palmali" şirkətlər qrupunun prezidenti Mübariz Mənsimova dəstək olmağa çağırıb.

A.Kazımova saysız hesabsız insanlara dəstək olmuş dəyərli Mübariz Mənsimov bu gün çətin günlər yaşamaqdadır.

"Vətəninə bağlı, dövlətinə sadiq, gözəl ailə başçısı, layiqli övlad və güvənli bir dost olan Mübariz qardaşımı yaxından tanıdığım üçün, bu sınaqdan da üzüağ çıxacağına ilk gündən əminliyim olub. Lakin keçirdiyi aclıq aksiyası nəticəsində səhhətində nasazlıq yarandığını öyrəndiyimdən bəri özümə gələ bilmirəm. Gəlin hamılıqla Mübariz qardaşıma olan hörmətimizi, sevgimizi bildirməkdən usanmayaq. Bütün sənət adamlarını, ictimai xadimləri Mübariz Mənsimova dəstək olmağa çağırıram. Nədənsə, kimdənsə qorxmaq lazım deyil. Mübariz olaq. Allah kömək olsun" - A.Kazımova vurğulayıb.

Birinci məlumatlanmaq üçün facebook səhifəmizi