"... münasibət bildirmək istəmirdim, məni danışdırmağı bacardınız" -

"... münasibət bildirmək istəmirdim, məni danışdırmağı bacardınız" - Notarius müdiri

"Bakıda, Hacıqabulda mülklərim, Cəlilabadda torpaq sahələrim yoxdur.

Notarius müdiri olmaq, milyonçu olmaq anlamına gəlmir. Hamı kimi, mən də normal həyatımı yaşayıram, özümə aid qayğılarla məşğulam. Hansı dövrdür, insanlardan nəsə istəyəsən və yaxud onlar notarius müdirinə nəsə versinlər. Vətəndaş hansısa sənəd rəsmiləşdirilməsi zamanı dövlət rüsumunu ödəyir, vəssalam."


Bu sözləri Faktinfo.az saytına haqqında yazılan tənqidi fikirlərə cavab olaraq, 21 saylı Notariat Kontorunun müdiri Kərimov Daxil Fazil oğlu bildirib. "Bəli, əvvəllər Şirvan şəhərində yerləşən Dövlət notariusunun müdiri işləmişəm. Özümdən sonra orada işləyən şəxsi tanıyıram, amma hər hansı qohumluq əlaqələrinə malik deyiləm. Birazdan yazacaqlar ki, Daxil Kərimov marsdan gəlib, heç hüquq təhsili də yoxdur. Buna inanacaqsınız? İnanacaqsınızsa, hazırda haqqımda yazılanlara da inanın. Bir də ki, birinci dəfə deyil yazırlar. Əvvəllər də yazıblar, yenə yazdılar. Yanlış, yalan məlumatlara reaksiya verməyi məqsədə uyğun hesab etmirəm."


Notarius müdiri saxta etibarnamələr verilməsi, saxta alqı-satqı müqavilələri tərtib edilməsi, saxta imzaların tanınması, bir sözlə, sənəd saxtalaşdırılması iddialarına da münasibət bildirib: "Mən də sizə deyirəm ki, yazılanların hamısı yalan məlumatlardır. Hansı zamandır, məgər sənəd saxtalaşdırmağın hüquqi məsuliyyətini bir hüquqşünas kimi bilmirəm. Hüquq elmindən də xəbərim yoxdur, bunu məndən haqsız yerdən tənqid yazanlar bilir, mən yox. Eləcə də, saxta işlərlə məşğulammış, nəyi necə etməyi bilmirəmmiş? Ümumiyyətlə, haqqımda yazılan tənqidi fikirə münasibət bildirmək istəmirdim, məni danışdırmağı bacardınız. Çünki, hər hansı bir narahatçılığım yoxdur, ona görə də yazılanlardan ehtiyatlanmıram. Son olaraq bildirim ki, çalışıram bir notarius müdiri kimi davranışlarımla, yanaşmamla tabe qurumların etimadını doğruldum, rəhbərlik etdiyim notarius isə ən nümunəvi kontorlardan biridir ", -deyə Daxil Kərimov bildirib.

Qeyd edək ki, bəzi saytlarda 21 saylı Notariat Kontorunun müdiri Kərimov Daxil Fazil oğluna qarşı bir sıra iddialar irəli sürülüb.

Faktinfo.az

Birinci məlumatlanmaq üçün facebook səhifəmizi