Murad Dadaşova yüksək vəzifə verildi - Foto

Murad Dadaşova yüksək vəzifə verildi - Foto 

Şoumen, əməkdar artist Murad Dadaşov Xəzər TV-nin rəhbəri təyin edilib.

Kult.az-a daxil olan məlumata görə, hazırda Xəzər TV-də M.Dadaşovun kollektivə təqdim edilir.

Xəzər TV-dən adının açıqlanmasını istəməyən mənbənin bildirdiyinə görə, bir azdan rəsmi açıqlama da yayılacaq.

Qeyd edək ki, bundan öncə də M.Dadaşovun Xəzər TV-yə təyinat aldığı bildirilsə də, rəsmi təsdiq olunmamışdı.

Xatırladaq ki, buna qədər Xəzər TV-nin rəhbəri Prezident İlham Əliyevin sabiq köməkçisi Əli Həsənovun oğlu Şamxal Həsənli idi.

Birinci məlumatlanmaq üçün facebook səhifəmizi