Musa Musayev:

Musa Musayev: "Türkiyə və Pakistanı çıxmaq şərtilə, müsəlman dövlətləri..."

“Maraqlıdır, qotur, bəyənmədiyimiz Ermənistanı “dəstəkləyən dövlətlərin sayı “N” qədərdir. Lakin bizim dövləti heç müsəlman dövlətləri də dəstəkləmədilər, Türkiyə və Pakistanı çıxmaq şərtilə. 44 günlük Vətən müharibəsində bunun şahidi olduq.

Qazaxstanla, Qırğızstanla, Tükmənistanla, Özbəkistanla, Tacikstanla 70-il bir ailədə yaşamışıq, onlar da gözləmə mövqeyində durdular . Hələ Bakıda “Torqovı” “At oynadan”, “qəlyan püfləyən” ərəbləri” demirəm”.

 

Bunu Yeni Azərbaycan Partiyası (YAP) Siyasi Şurasının üzvü Musa Musayev deyib.

 

“UNESKO-ya etdiyimiz yardımlar burunlarından gəlsin, niyə bizə qarşı bu cür biganəlik göstərirlər. Deyəsən, çörəyimizin duzu yoxdur”. Nəhayət, dostumuzla düşmənimiz arasında seçim etməyin zamanıdır, kimin kim olduğu artıq göz qabağındadır. Dost, dar gündə tanınar!” – M.Musayev qeyd edib.

Birinci məlumatlanmaq üçün facebook səhifəmizi