Mustafa Kamalın rəhbərlik etdiyi istiqlal mücadiləmiz, davam edir-Ərdoğan

Mustafa Kamalın rəhbərlik etdiyi istiqlal mücadiləmiz, davam edir-Ərdoğan 

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan 10 noyabr - Atatürkün vəfatının 79-cu ildönümü münasibətilə mesaj yayımlayıb.

Faktinfo.az  xəbər verir ki, Ərdoğan mesajında Türkiyə Respublikasının banisi Mustafa Kamalın əbədiyyətə qovuşmasının 79-cu ildönümündə onu hörmətlə yad etdiyini deyib:

“Mustafa Kamal rəhbərlik etdiyi istiqlal mücadiləmiz, qazandığımız misilsiz qələbələr və yaratdığı respublikamızla bütün dünyanın rəğbətini qazanmış qəhrəman, hörmətli bir liderdir. Onun yaradıb gənclərə əmanət etdiyi ölkəni hər zaman qorumaq, irəliyə aparmaq və 2023 hədəflərinə çatmaq üçün “Tək millət, tək bayraq, tək vətən, tək dövlət” prinsipi ətrafında birləşmişik. Respublikamızın banisi Mustafa Kamal və silahdaşları ilə vətənimizin uğrunda döyüşən şəhid və qazi olan bütün qəhrəmanlarımızı bir daha yad edirəm”.

Qeyd edək ki, Mustafa Kamal Atatürk 10 noyabr 1938-ci il noyabrın 10-da sirroz xəstəliyindən vəfat edib

Birinci məlumatlanmaq üçün facebook səhifəmizi