Müxalifət namizədi İstanbulda da qalib gəlir-

Müxalifət namizədi İstanbulda da qalib gəlir- Əkrəm İmamoğlu rəqibdən təbrik gözlədiyini bəyan edib

Türkiyə Mərkəzi Seçki Komissiyası (YSK) İstanbulda seçkilərin nəticələri ilə bağlı son məlumatı açıqlayıb.

Strateq.az Anadolu Dövlət Agentliyinə istinadən xəbər verir ki, səhər saat 10-a olan məlumata görə, seçki qutularının 99.68 faizi açılıb. Nəticədə “Millət” İttifaqının namizədi Əkrəm İmamoğlu 48,80, Binəli Yıldırım isə, 48.48 faiz səs alıb. İmamoğlu cüzi fərqlə öndədir. Seçkyə qatılan 4, 157,237 seçici CHP-li namizədə, 4, 130,49 seçici isə “Cümhur” İttifaqının namzədi Binəli Yıldırıma səs verib. Təxminən 100 – ə qədər seçki qutusunun nəticələri hələlik sistemə daxil edilməyib.

Bu arada Əkrəm İmamoğlu 39 min səs fərqi ilə qalib gəldiyini bəyan edərək rəqiblərindən təbrik gözlədiyini bəyan edib. O YSK-nı öhdəsinə düşən işi görməyə çağırıb.

Birinci məlumatlanmaq üçün facebook səhifəmizi