Nazimi şikəst edən klinikada pasiyent öldü

Nazimi şikəst edən klinikada pasiyent öldü 

Bakıda klinikada ölüm hadisəsi baş verib.

Trend xəbər verir ki, hadisə "Elmed" Klinikasında baş verib.

1963-cü il təvəllüdlü Əliyev Himayil Əli oğlu oktyabrın 4-də səhər saat 11 radələrində "öd daşı və kəskin kalkulyoz" diaqnozu ilə "Elmed" Klinikasına daxil olub və əməliyyata götürülüb.

H.Əliyev əməliyyatdan sonra həmin gün axşam saat 21 radələrində dünyasını dəyişib.

Ölümün səbəblərini müəyyənləşdirmək üçün meyit Səhiyyə Nazirliyinin Məhkəmə Tibb Ekspertizasına təqdim edilib.

Faktla bağlı Binəqədi rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 314.2-ci maddəsilə cinayət işi başlanıb.

Xatırladaq ki, bir müddət öncə tanınmış müğənni Nazim Pişyarinin (Faytonçu Nazim) səhhətində bu klinikada üzləşdiyi həkim səhlənkarlığı ucbatından ciddi problemlər yaranmışdı və rezonans doğuran məhkəmə çəkişmələrinə səbəb olmuşdu.

Birinci məlumatlanmaq üçün facebook səhifəmizi