Nazir atasının onu oxutdurmaq üçün satdığı traktoru tapdı və...

Nazir atasının onu oxutdurmaq üçün satdığı traktoru tapdı və... 

Türkiyənin elm, sənaye və texnologiya naziri Faruk Özlü atası Əhməd Özlünün onu oxutdurması üçün satdığı traktoru tapıb təmir etdirib.

Nazir Faruk Özlü həmin traktoru alıb və rəhmətə getmiş atasının evinə aparıb. Belə ki, Əhməd Özlü 1980-ci illərdə universiteti bitirmək istəyən oğlu Faruk Özlü üçün traktorunu satmışdı. Atasının satdığı həmin traktor sayəsində universiteti bitirən Faruk Özlü 20 il araşdırmalardan sonra onu tapıb. 

Yanvarın 25-də bir təmir dükanında onu tapan nazir traktoru alıb təmir etdirib.

Təmir olunan və boyanan traktoru görən nazir Faruk Özlü çox kövrəlib. Traktor onun mərhum atasının evinə aparılıb.

Birinci məlumatlanmaq üçün facebook səhifəmizi