Nazir müavini açıqladı:"Azərbaycan da plastik qablardan imtina etməyə hazırlaşır"

Nazir müavini açıqladı:"Azərbaycan da plastik qablardan imtina etməyə hazırlaşır" 

Ekologiya və Təbii Sərvətlər Nazirliyi (ETSN) Azərbaycanda plastik qablardan istifadənin minimuma endirilməsini planlaşdırır.

Nazirliyin şöbə müdiri Umayra Tağıyeva artıq hazırlıq işlərinə start verildiyini açıqlayıb.

«Nazirlikdə bu məsələ ilə bağlı kompleks tədbirlər planı hazırlanır. İlkin mərhələdə ictimai rəyin öyrənilməsi nəzərdə tutulur. Əvvəlcə əhali arasında sorğu keçirilməsi planlaşdırılır. Tədbirlər mərhələli həyata keçiriləcək, bütün tərəflərin maraqları nəzərə alınacaq», – U.Tağıyeva bildirib.

Nazirlik rəsmisi plastik qabların toplanması məqsədilə Azərbaycanın 35 bölgəsində işlərin görüldüyünü deyib. Onun sözlərinə görə, həmin rayonlar üzrə plastik qabların toplanması və çeşidlənməsindan ötrü 100-dək konteyner quraşdırılıb.

Xatırladaq ki, plastik qabların istifadəsindən imtina olunması məsələsi uzun illər idi ki, Avropa qurumlarında müzakirə olunurdu. Bu yaxınlarda Avropa Parlamenti plastik qablaşdırmanın qadağan olunması haqqında qərar qəbul edib. Həmin qərar 2021-ci ilədək plastik məhsulların istifadəsinin qadağan olunmasını nəzərdə tutur.

Alimlərin rəyinə görə, plastik qablardan istifadə insanların sağlamlığına təhlükə yaradır.

(Turan)

Birinci məlumatlanmaq üçün facebook səhifəmizi