Neftlə bağlı bədbin proqnoz: Qətərin blokadası…

Neftlə bağlı bədbin proqnoz: Qətərin blokadası… 

Bir neçə ərəb dövlətinin Qətərlə diplomatik əlaqələrini kəsməsi neftin dünya bazar qiymətinə artıq təsir göstərməkdədir.

Faktinfo.az xəbər verir ki, bu haqda iqtisadçı alim Vüqar Bayramov yazıb. Ekspert bir sıra gözləntilərin əksinə olaraq neftin qiymətində azalmaların müşahidə edildiyini bildirib:

“Artıq “Brent” markalı neftin hər barrelinin qiyməti 50 dollardan aşağıdır. “Texas” markalı neftin bir barreli isə 47 dollara yaxınlaşır. Qiymətin aşağı düşməsi OPEK-ə üzv olan ölkələr arasındakı diplomatik gərginliklə bağlıdır. Belə ki, bu gərginliyə görə, OPEK-in hasilatın azaldılması ilə bağlı öhdəliklərini yerinə yetirilməməsi riski dünya bazarına təsir göstərir. Praktik olaraq, “Qətər məsələsi” OPEK üzvlərini iki fərqli cəbhəyə ayırıb. Bu isə tərəflərin neft hasilatının azaldılması ilə bağlı öhdəliklərə necə əməl etməsinin monitorinq imkanlarnı xeyli məhdudlaşdırır. Digər tərəfdən, gələcəkdə hasilatın daha böyük həcmdə azaldılması ilə bağlı gözləntilərin də üstündən xətt çəkmiş olur”.

İqtisadçı bildirib ki, Səudiyyənin Qətəri blokadası heç də bu ölkənin neft ixracatında problemlər yaratmayıb:

“Deməli, dünya bazarında neft təklifi dəyişməyib, amma bununla belə, bazarda qiymətləri azaldan ciddi psixoloji faktorlar var. Körfəz ölkələrində müşahidə edilən son diplomatik gərginlik OPEK-in neft bazarına təsir imkanlarını məhdudlaşdırmaqla yanaşı, hasilatın azaldılması ilə bağlı öhdəliklərin yerinə yetirilməsini xeyli çətinləşdirib. Bu isə nəticədə qiymətlərin azalmasını stimuallaşdırır. Əgər Qətərin neft ixracatında hər hansı azalmalar olmazsa, neftin dünya bazar qiymətində daha kəskin enişlər istisna edilmir”.

Qeyd edək ki, ötən gün Səudiyyə Ərəbistanı, Bəhreyn, Birləşmiş Ərəb Əmirlikləri, Misir, Liviya, Yəmən və Maldiv, bu gün isə Mavriki Qətərlə münasibətləri dayandırıb, bir sıra sanksiyalar tətbiq etməyə başlayıblar.

Bu dövlətlər belə addım atmalarına səbəb kimi Qətərin terror təşkilatlarına verdiyi dəstəyi göstəriblər.

Birinci məlumatlanmaq üçün facebook səhifəmizi