Nəşə Təbrizinin divanı əldə edilmişdir

Nəşə Təbrizinin divanı əldə edilmişdir 

Divanda şairin Azərbaycanca şeirləri də yer almışdır

Faktinfo.az xəbər verir ki, AMEA Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun direktor müavini, filologiya üzrə elmlər doktoru Paşa Kərimov İstanbulun Topqapı Sarayı Muzeyindən XVII-XVIII əsrlərdə yaşamış Nəşə Təbrizinin divanının surətini əldə etmişdir. Əsasən farsca yazılmış bu divanının sonunda şairin Azərbaycan türkcəsində yazdığı şeirlər toplanmışdır.

 Qaraqoyunlu hökmdarı Cahanşah Həqiqinin nəslindən olan Əbdürrəzzaq Nəşə Təbrizi dövrünün tanınmış alimi, riyaziyyatçısı olmuş, Nadir şahın yürüşlərində iştirak etmişdir. Divandakı Azərbaycan türkcəsində olan qəsidələr Nadir şahla bağlıdır. Bu qəsidələrdən biri Nadir şahın göstərişi ilə 1743-cü ildə Nəcəf şəhərində Həzrət Əlinin türbəsinin qızıla tutulması münasibəti ilə yazılıb. Divanda şairin anadilli lirik şeirləri də vardır.

Birinci məlumatlanmaq üçün facebook səhifəmizi