İmadəddin Nəsimi - 650

İmadəddin Nəsimi - 650 - BAKI QİDA SƏNAYESİ KOLLECİNDƏ

Böyük Azərbaycan şairi İmadəddin Nəsiminin 650 illik yubileyinə həsr olunmuş geniş tədbir keçirilib.

Faktinfo.az-a verilən məlumata görə,Bakı Qida Sənayesi kollecinin direktoru professor Vilayət İsmayılov tədbiri açaraq Nəsimi yaradıcılığı barədə ətraflı danışıb və qeyd edib ki, Nəsimi “ Azərbaycan xalqının ümumbəşər mədəniyyətinə bəxş etdiyi qüdrətli söz ustasıdır.O,şərqin zəngin mədəni-mənəvi sərvətləri üzərində ucalmış və bədii söz sənətinin son dərəcə qiymətli incilərini özündən sonrakı nəsillərə ötürmüşdür".

Sonra Azərbaycan Respublikasının xalq artisti, görkəmli rejissor, ssenarist Şeyx Əbdül Mahmudbəyova söz verilb. O, Nəsiminin əsərlərindən, dünyəvi poeziyasından söz açaraq maraqlı məqamlara toxundu. Nəsiminin qəzəllərinin əsas ideyasından, əhəmiyyətindən, etiqadından bir sözlə şairin dünya görüşündən ətraflı söz açıb, nümunələrlə izahını verdi. Bu tələbələrin marağına səbəb oldu. 

Daha sonra şair- publisist Zammədin Ziyadoğlu, Tədqiqatçı alim Şakir Qavıstanlı, şair- publisist “Qızıl qələm “mükafatçısı  Firudun Oruc, Kollecin həmkarlar ittifaqının sədri Sevinc Şərifova, Kollecin müəllimi Xatirə Həsənova,Kitabxana müdürü Zülfiyyə Cümşüdova, Kitabxanaçılardan Nazimə Məmmədova, Firuzə Xəlilova, çıxış edərək Nəsimi dünyasının möhtəşəmliyindən geniş söz açıblar. Tədbirin sonunda  tələbələrin ifasında “Nəsimi” filmindən səhnələşdirilmiş parçalara baxılıb.

İmadəddin Nəsimi - 650İmadəddin Nəsimi - 650İmadəddin Nəsimi - 650İmadəddin Nəsimi - 650İmadəddin Nəsimi - 650
Birinci məlumatlanmaq üçün facebook səhifəmizi