Nizami icra hakimiyyətində ŞÜBHƏLİ OYUNLAR... - İDDİA

Nizami icra hakimiyyətində ŞÜBHƏLİ OYUNLAR... - İDDİA 

"Bu gün Bakının hansı rayonunun İcra Hakimiyyətində daha çox rüşvət yığılır? Hansı İcra Hakimiyyəti daha çox korrupsiya girdabında çabalayır?

Hansı rayonda özəl sektorun təmsilçiləri daha çox incidilir, onlardan qanunsuz olaraq müxtəlif adlar altında vəsait toplanır? Hansı rayonda iş adamlarını, tikinti şirkətlərinin nümayəndələrini dövlətdən narazı salmaq yönünda sistemli iş aparılır?.. Bütün bu sualların hamısının bir cavabı var: NİZAMİ RAYONUNDA!" Bu barədə DİA.AZ-a göndərilən məqalədə deyilir.

Məqalədə daha sonra bildirilir: "Bəli, bu gün Bakının Nizami rayonunun idarəçilik sistemi bütünlüklə korrupsiyaya uğrayıb. Bu rayonun İcra Hakimiyyətində vətəndaşların salamını da rüşvətlə alırlar. Burada iş görmək, insanları yeni iş yerləri ilə təmin etmək, ölkə iqtisadiyyatının inkişafına töhfə vermək istəyənlərin başına elə bir oyun açırlar ki, gedib Afrika ölkələrində biznes qurmaq daha səmərəli görünür.

Bu nümunələr mətbuatda Nizami rayonundakı hazırkı vəziyyətlə bağlı dərc olunan yazılardandır.Məqalələrin demək olar ki, hamısında sahibkarların, tikinti şirkətlərinin üzləşdiyi problemlərdən, onların normal fəaliyyətinə imkan verilməməsindən və rüşvəttoplama əməliyyatlarından bəhs olunur. Fəaliyyəti daha çox narazılıq doğuran isə Nizami rayon İcra Hakimiyyətinin təsərrüfat şöbəsinin müdiri Tariyel Tahirovdur. Şikayətçilər bu adamı Nizami rayonunda korrupsiya monstrı, baş kəsən, qan içən kimi təqdim edirlər. İddia olunur ki, tikinti şirkətlərinin, iş adamlarının üzərinə yeriyən, insanları hökumətdən narazı salmağa çalışan əsas fiqur məhz Tariyel Tahirovdur. “Bu adamı nə hökumətin qoyduğu qaydalar maraqlandırır, nə də dövlətin maraqları. Onun öz maraqları var. Qarnı çoxdan doysa da, gözü döymaq bilmir. Elə zənn edir ki, İcra Hakimiyyəti bunun dədə mülküdür, şəxsi təsərrüfatıdır. 

Üstəlik deyir ki, heç nədən və heç kəsdən qorxmur. Bakı şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizovun adını çəkib, belə təsəvvür yaratmağa çalışır ki, guya arxasında məhz o dayanır. Hakbu ki, bilənlər bilir, Tariyel Tahirovun Eldar müəllimlə heç bir əlaqəsi yoxdur. Eldar Əzizov Tariyelin əməllərindən xəbər tutsa, onun iş başında qalmasına imkan verməz. Yəqin ki, gec-tez bütün paxırlar açılacaq və Eldar Əzizov biləcək ki, Tariyel Tahirov onun adından istifaqdə edərək hansı qanunsuz əməllərlə məşğuldur”. Bir şikayətçinin dediklərindəndir bütün bunlar. Və belələrinin sayı çoxdur. Bu gün Nizami rayonunda elə bir sakin tapmaq olmaz ki, İcra Hakimiyyətinin fəaliyyətindən razılıq ifadə etsin. Hamı narazıdır, hamı gileylidir…

Məlumatlı şəxslər onu da bildirirlər ki, Tariyel Tahirovun fəaliyyəti araşdırılarsa, ortaya oluqca ciddi korrupsiya və rüşvət faktları çıxacaq. “Biz ümid edirik ki, Tariyel Tahirov öz əməllərinə görə bir gün qanun qarşısında cavab verəcək. Bu adam çox dəhşətli maxinasiyalara yol verib. Nizami rayonunda dövlət vəsaitlərinin talanması prosesinin də əsas iştirakçılarından biri məhz odur. Necə olur ki, belələri hələ də vəzifə başında qala bilirlər? Tariyel Tahirov bu gün Nizami rayonunda deyil, Kürdaxanıda olmalıdır.

Nizami icra hakimiyyətində ŞÜBHƏLİ OYUNLAR... - İDDİA
Birinci məlumatlanmaq üçün facebook səhifəmizi