
Nizami rayon MKTB-da göyərçinlərin yemləndiyi ərazilərə həssas yanaşılsa pis olmaz - FOTO
Nizami rayonu Qara Qarayev metro stansiyasının yanında yerləşən "Sevinc Mall"qarşısında park salınıb,ətrafda körpələrin və böyüklərin istirahəti üçün qurğular düzəldilib.
Bu sakinlərin xoşuna gəlir,təqdirə layiq hal kimi xarakterizə olunur.Amma etiraf edək ki,ərazi olur ki,təmiz saxlanılmır,ətrafdan bəzən peyin qoxusu gəlir.Belə vəziyyət ərazidən keçən sakinlərə,ictimai nəqliyyatı gözləyən vətəndaşlara da yaxşı təsir bağışlamır.Ətrafın peyin qoxumasına səbəb isə təbii ki,ərazidə yemlənən göyərçinlərin nəcisinin vaxtlı-vaxtında süpürülməməsi,yay mövsümündə belə ərazilərin ara-sıra su ilə yuyulmamasıdır.
Hər halda Nizami rayon MKTB-da belə ərazilərə dair həssas yanaşılsa pis olmaz.




Birinci məlumatlanmaq üçün facebook səhifəmizi
Bu xəbər üçün şərh yazın