Nizami rayonu ərazisində heyvan kəsimi və satışı məntəqələrində maarifləndirici monitorinqlər aparılıb

Nizami rayonu ərazisində heyvan kəsimi və satışı məntəqələrində maarifləndirici monitorinqlər aparılıb - FOTOLAR

Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi Nizami Rayon İcra Hakimiyyəti ilə birgə ölkəmizdə koronavirusa qarşı mübarizə tədbirləri çərçivəsində əhalinin sağlamlığının qorunması və təhlükəsiz qida məhsulları ilə təmin edilməsi istiqamətində tədbirləri davam etdirir.

Belə ki, Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi, Nizami Rayon İcra Hakimiyyəti, Rayon Polis İdarəsi və Rayon Mənzil Kommunal Təsərrüfatı Birliyinin əməkdaşları birgə rayon ərazisində fəaliyyət göstərən 39 heyvan kəsimi və satışı yerində maarifləndirici monitorinq keçiriblər.

Monitorinq zamanı kəsimlə məşğul olan şəxslərə öz fəaliyyətlərini qanunvericiliyin tələblərinə uyğun qurmaq və heyvan kəsimini mərkəzləşdirilmiş, müasir kəsim məntəqələrində həyata keçirmək barədə bildirişlər təqdim olunub. Eyni zamanda, koronavirusla mübarizə tədbirləri çərçivəsində tətbiq olunan tələblər, heyvan kəsimi məntəqələrinin fəaliyyətinə dair metodiki göstərişlər diqqətə çatdırılıb.

Qeyd edək ki, rayon ərazisində əhalinin sağlamlığının qorunması və təhlükəsiz qida məhsulları ilə təmin edilməsi istiqamətində ardıcıl tədbirlər bundan sonra da davam etdiriləcəkdir.

Faktinfo.az

Nizami rayonu ərazisində heyvan kəsimi və satışı məntəqələrində maarifləndirici monitorinqlər aparılıbNizami rayonu ərazisində heyvan kəsimi və satışı məntəqələrində maarifləndirici monitorinqlər aparılıbNizami rayonu ərazisində heyvan kəsimi və satışı məntəqələrində maarifləndirici monitorinqlər aparılıbNizami rayonu ərazisində heyvan kəsimi və satışı məntəqələrində maarifləndirici monitorinqlər aparılıbNizami rayonu ərazisində heyvan kəsimi və satışı məntəqələrində maarifləndirici monitorinqlər aparılıbNizami rayonu ərazisində heyvan kəsimi və satışı məntəqələrində maarifləndirici monitorinqlər aparılıbNizami rayonu ərazisində heyvan kəsimi və satışı məntəqələrində maarifləndirici monitorinqlər aparılıbNizami rayonu ərazisində heyvan kəsimi və satışı məntəqələrində maarifləndirici monitorinqlər aparılıb
Birinci məlumatlanmaq üçün facebook səhifəmizi