Nizami rayonunda çoxsaylı problemlərdən biri -

Nizami rayonunda çoxsaylı problemlərdən biri - SƏKİNİN OLMAMASI...-FOTOLAR

Nizami rayonunda sakinləri narahat edən çox ciddi problemlər var.

Faktinfo.az xəbər verir ki,  Bunlardan biri də Şirin Mirzəyev küçəsi ilə Əlağa Kürçaylı küçəsinin kəsişməsindəki yola dairdir. Bu barədə bir neçə dəfə yazdığımız,amma tədbir görülmədiyi də sayta göndərilən məlumatda qeyd edilir. Sakinlər bildirirlər ki,150 metrlik yolda səkinin olmaması səbəbindən körpələrin, məktəblilərin, onların valideynlərinin həyatı hər an təhlükə altındadır.

    

   O da vurğulanır ki, bərbad vəziyyətdə olan avtomobil yolu "Nizami Tibb Mərkəzi PHŞ Uşaq Yoluxucu Xəstəliklər Xəstəxanasına, Namiq Həmzəyev adına 238 və 145 saylı Tam Orta Məktəblərinə gedən yoldur. Səkinin olmaması səbəbindən valideynlər müstəqil olaraq övladlarını məktəbə yola sala bilmirlər. Çünki, səhər saatlarında işə tələsən sürücülər avtomobili yolun bütün səthi boyu idarə edirlər ki, şagirdlərin hərəkətinə yer qalmır. Körpələr, məktəblilər səhər və axşam saatlarında yolda hərəkət zamanı sıxışdırılır. Hətta, tələsən sürücülər olub ki, məlum yolda məktəblilərə xəsarət yetiriblər.


Məlumatda o da vurğulanır ki, yaxınlıqdakı ərazilərdə olan avtomobil yolları son 5 ildə 2 dəfə yenidən inşa edilib. Lakin bərbad vəziyyətdə olan sözügedən yolda heç olmasa, səki düzəldilmir ki, məktəblilər təhlükəsiz hərəkət etsinlər.


Onu da qeyd edək ki, ölkə prezidenti İlham Əliyevin sərəncamına əsasən Nizami rayonunda yerləşən yolların yenidən qurulması üçün əlavə 3.000.000 (Üç milyon) manat ayrılıb.

Faktinfo.az

Nizami rayonunda çoxsaylı problemlərdən biri -Nizami rayonunda çoxsaylı problemlərdən biri -Nizami rayonunda çoxsaylı problemlərdən biri -Nizami rayonunda çoxsaylı problemlərdən biri -Nizami rayonunda çoxsaylı problemlərdən biri -
Birinci məlumatlanmaq üçün facebook səhifəmizi