Nizami Telefon Qovşağının xidməti ərazisində internetin sürətinin aşağı olmasına münasibət bildirildi

Nizami Telefon Qovşağının xidməti ərazisində internetin sürətinin aşağı olmasına münasibət bildirildi -"Bizi daha keyfiyyətli xidmətə təşviq etdiyiniz üçün..."

"Faktinfo.az" saytının Nizami Telefon Qovşağının xidməti ərazisində internetin sürətinin aşağı olması ilə bağlı yazısına cavab olaraq bildiririk ki,xidmət sahəmizlə bağlı müştəri rəylərini işıqlandırdığınız və bizi daha keyfiyyətli xidmət göstərməyə təşviq etdiyiniz üçün təşəkkürümüzü bildiririk.

Nəzərinizə çatdırırıq ki, son günlər paytaxtın Nizami rayon sakinlərindən “Bakı Telefon Rabitəsi” MMC-nin (Baktelecom) aidiyyəti struktur bölməsinə internet sürətinin aşağı olması ilə bağlı kütləvi müraciət daxil olmayıb.

Redaksiyanızdan internet xidmətində çətinlikləri olan istifadəçilərin məlumatları təqdim olunarsa, müvafiq araşdırma aparacaq və zəruri tədbirlər görəcəyik.

Hazırda paytaxtın Nizami rayonu da daxil olmaqla “Baktelecom”un 3 saylı Rabitə Xidmətləri Mərkəzinin xidməti ərazisində 120 mindən yuxarı mənzilə telekommunikasiya xidmətləri təqdim edilir. Əlavə olaraq həmin ərazidə sakinlərin genişzolaqlı internet xidmətləri ilə təminatı üçün GPON (Gigabyte Passive Optical Network – Qiqabit tutumlu passiv optik şəbəkə) texnologiyası əsasında optik şəbəkə qurulub, bu məqsədlə 41000 mənzil optik xidmətlərə qoşulub.

Məlumat üçün bildirək ki, GPON texnologiyası sabit sürətə zəmanət verməklə yanaşı, telefon, internet və televiziya xidmətlərini bir xətt üzərindən təqdim etməyə imkan yaradır.

Davamlı yüksək xidmət keyfiyyətinin saxlanılması və müştəri məmnuniyyətinin təmin edilməsi məqsədilə “Baktelecom”un müraciətlərin qəbulunu 24/7 həyata keçirən “155” Çağrı Mərkəzi, rəsmi veb-saytında (https://www.baktelecom.az/) onlayn çat bölməsi və sosial şəbəkələrdə hesabları (https://www.facebook.com/baktelecom https://twitter.com/baktelecom https://www.instagram.com/baktelecom.az/) mövcuddur. Vətəndaşlar telekommunikasiya xidmətləri ilə bağlı sorğularını sözügedən əlaqə vasitələri ilə bizə ünvanlaya bilərlər.

 “Bakı Telefon Rabitəsi” MMC haqqında 

1997-ci ildə yaradılan “Bakı Telefon Rabitəsi” İstehsalat Birliyi (BTRİB) 2017-ci ilin 19 iyul tarixində “Bakı Telefon Rabitəsi” Məhdud Məsuliyyətli Cəmiyyəti olaraq yenidən təşkil edilib. 2001-ci ilin 10 may tarixində BTRİB-in nəzdində “Bakİnternet” ilk dövlət internet şəbəkəsi yaradılıb.

“Baktelecom” dövlət orqanlarına, korporativ və fərdi seqmentdən olan 630 min müştəriyə müasir simli və simsiz texnologiyalar vasitəsilə telefon, genişzolaqlı internet, rəqəmsal TV və bir sıra telekommunikasiya xidmətləri göstərir. Əlavə olaraq şirkət rabitə qurğularının layihələndirilməsi xidmətini də həyata keçirir.

Şirkətin bütün istismar ərazisini əhatə edən kabel-kanal qurğuları, fiber-optik şəbəkəsi, IP/MPLS texnologiyasına əsaslanan daşıyıcı şəbəkəsi, GPON texnologiyasına əsaslanan paylayıcı şəbəkəsi mövcuddur. Qurumun tabeliyində altı Rabitə xidmətləri mərkəzi, “Azərrabitəlayihə” MMC və “AzEuroTel” MMC fəaliyyət göstərir.

Müştəri məmnuniyyətinin yüksəldilməsi və xidmət coğrafiyasının genişləndirilməsi məqsədi ilə hazırda fiber-optik, magistral və paylayıcı şəbəkənin əhatə dairəsinin artırılması istiqamətində layihələr həyata keçirilir.

“Baktelecom” haqqında veb-saytımız https://www.baktelecom.az/ üzərindən ətraflı məlumat ala bilərsiniz.

Faktinfo.az




Birinci məlumatlanmaq üçün facebook səhifəmizi