
Nizaminin “Leyli və Məcnun”u Türkiyə türkcəsində nəşr olundu
Dahi Azərbaycan şairi Nizami Gəncəvinin “Leyli və Məcnun” əsəri Türkiyə türkcəsində nəşr olunub.
Faktinfo.az xəbər verir ki,bu barədə Kult.az-a Azərbaycanın Türkiyədəki səfirliyi nəzdində Azərbaycan Mədəniyyət Mərkəzindən məlumat verilib.
Məlumata görə, əsərin orijinaldan Türkiyə türkcəsinə tərcüməsi Türkiyənin Atatürk Universitetinin professoru, tanınmış tərcüməçi Nimet Yıldırım tərəfindən həyata keçirilib.
Yeni nəşr 42-ci İstanbul Beynəlxalq Kitab Sərgisində təqdim olunacaq.
Qeyd edək ki, klassik Azərbaycan ədəbi irsinin təbliği məqsədilə indiyədək “İsgəndərnamə” və “Sirlər Xəzinəsi” əsərləri də Türkiyə türkcəsinə tərcümə edilərək nəşr olunub.
Birinci məlumatlanmaq üçün facebook səhifəmizi












Bu xəbər üçün şərh yazın