Nobel prospektində yol yenə çökdü-

Nobel prospektində yol yenə çökdü- Ziddiyyətli açıqlamalar

Paytaxtın Xətai rayonu Nobel prospekti ərazisində bir neçə gün əvvəl yol yenidən çöküb.

Bu sözləri Axar.az-a açıqlamasında Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin mətbuat katibi Anar Nəcəfli deyib. O, hələlik yolun bərpa edilmədiyini söyləyib:

“Hazırda Azərsu Açıq Səhmdar Cəmiyyətinin mütəxəssisləri tərəfindən ərzidə araşdırma işləri aparılır. Həmin ərazidə yerin 24 metr dərinliyində yüksək təzyiqli kanalizasiya kollektoru keçir. Ehtimal olunur ki, qurunt suları kollektorda özünə yer taparaq sızır. Sözügedən ərazidə torpaq örtüyü qum kimi olduğuna görə su özü ilə bərabər topağı yuyub aparır. Nəticədə həmin ərazidə çökmə baş verir. Kollektorun içərisində sızıntılarının qarşısının alınması üçün izolyasiya işləri aparılır. Problem tam olaraq aradan qaldırıldıqdan sonra yolda bərpa işləri aparılacaq. Ərazidə təhlükəsizliyin təmin olunması üçün müvəqqəti yol nişanları qurulub və həmin zolaq üzrə hərəkət məhdudlaşdırılıb”.

Faktinfo.az xəbər verir ki, Azərsu Açıq Səhmdar Cəmiyyətinin mətbuat katibi Anar Cəbrayıllı isə Trend-ə açıqlamasında deyib ki, Nobel prospektində çökən yolla bağlı araşdırmalar başlayıb.

O bildirib ki, həmin ərazidə baş vermiş çökmə su və kanalizasiya xətləri ilə bağlı deyil: "Yolun çökməsi Azərsu ASC-nin su və kanalizasiya xətlərindəki sızmalarla bağlı deyil. Hal-hazırda bizim iki qrupdan ibarət mütəxəssislərimiz orada işləyirlər. Onlardan biri georadar qrupudur. Həmin qrup torpağın altında yeraltı suların səviyyəsini və qruntun tərkibini öyrənməklə məşğuldur. İkinci qrup isə orada torpağın 24 metr dərinliyindən keçən "Sahil" kollektorunun quyusuna daxil olub həmin quyunu inyeksiya edirlər ki, kənardan qrunt suları həmin quyuya daxil olmasın. Çünki qrunt suları kənardan suya daxil olanda özü ilə torpağı yuyub gətirir və torpağın da yuyulması hesabına çökmələr yarana bilər. Bunlar da sadəcə ehtimaldır. Bizim mütəxəssislər Nobel prospektindən keçən su və kanalizasiya xətlərini yoxlayıblar və heç bir axıntı müşahidə olunmayıb. Əksinə, kənardan qrunt sularının bizim kollektora axıntısı var ki, bunun da hesabına ərazidəki torpağın çökməsi ola bilər".

Birinci məlumatlanmaq üçün facebook səhifəmizi