Nömrə satışı saytlardan yığışdırıldı - Siyahı

Nömrə satışı saytlardan yığışdırıldı - Siyahı 

Maşın nömrələrinin satışı avto-elan saytlarından tamamilə yığışdırılıb.

Faktinfo.az Axar.az-a-a istinadən  xəbər verir ki, “Turbo.az”, “Avto.az”, “Car.az”, “Avtomobil.az” saytlarında maşın nömrələrinin satışına artıq rast gəlinmir.

Bir müddət əvvəl avto-elan saytlarında fantastik qiymətlərə maşın nömrələrini tapmaq olardı. Hətta həmin saytlara istinadən ən bahalı maşın nömrələrinin siyahısını təqdim etmişdik.

Baş Dövlət Yol Polisi İdarəsinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Kamran Əliyev bu məsələ ilə əlaqədar bir müddət öncə bildirmişdi ki, bu cür saytlarda dövlət qeydiyyat nişanının satışa çıxarılması qanunsuzdur:

“Nömrələr müraciət edənlərə növbəlilik əsasında verilir. Yəni nömrələrə ayrı-seçkilik qoyulmur ki, bu cüt nömrədir və ya əksinə. Kimin qismətinə çıxır, ona verilir”.

K.Əliyevin sözlərinə görə, dövlət qeydiyyat nişanının verilməsi zamanı növbəsi çatan avtomobil sahibinin bəxtinə hansı nömrə düşürsə, dövlət rüsumu ödənilməklə ona verilir. Yəni həmin nömrə cütrəqəmli də ola bilər, qarışıqrəqəmli də.

Əlbəttə, K.Əliyevin bu sözlərinin həqiqəti nə qədər əks etdirdiyini maşınına dövlət nömrəsi alanlar daha yaxşı bilir. Fakt odur ki, bu açıqlamadan sonra saytlarda avtomobillərin dövlət qeydiyyatı nömrələrinin satışı yığışdırılıb.

Birinci məlumatlanmaq üçün facebook səhifəmizi