"O müsahibə baş tutub..." - Peskov təsdiqlədi

"O müsahibə baş tutub..." - Peskov təsdiqlədi 

Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov Amerikalı jurnalist Taker Karlsonun Putindən müsahibə aldığını təsdiqləyib.

Onun sözlərinə görə, Qərb mediası son iki il ərzində dəfələrlə Putindən müsahibə istəyib, lakin onların qərəzli olması səbəbindən bunun mənası olmayıb.

Peskov bildirib ki, Karlson Rusiya tərəfini müdafiə etmir, lakin onun mövqeyi anqlo-sakson mediasının yanaşmalarından fərqlənir.

Onun sözlərinə görə,Putinin Karlsonla müsahibəsi jurnalistin özü dərc etməyə hazır olanda dərc olunacaq. /musavat.com

Birinci məlumatlanmaq üçün facebook səhifəmizi