Öd daşı hansı hallarda yaranır?

Öd daşı hansı hallarda yaranır? 

Son zamanlar yanlış qidalanma, ərzaq məhsullarının keyfiyyətinin aşağı olması öd xəstəliklərinin sayının artmasına səbəb olub.

Qidalanma zamanı öd kisəsi yığılaraq möhtəviyyatını onikibarmaq bağırsağa ifraz edir və nəticədə yağların həzmi baş verir. Öd kisəsi, öd yolları və sfinkteri əzələlərinin normal yığılması və tonusu pozulanda öd durğunluğu yaranır.

Bəs öd durğunluğunun yaranma səbəbləri nədir?

- Balanslaşdırılmamış qidalanma - qida rejiminin pozulması, uzun müddət ac qalma və qidaların keyfiyyətsizliyi;

- Hipodinamiya - az hərəkətli həyat tərzi, oturaq iş rejimi;

- Bağırsaq peristaltikasının pozulması, xüsusilə qəbizlik;

- Hamiləlik - dölün öd kisəsini sıxması;

- Metabolik xəstəliklər - piylənmə, şəkərli diabet və ateroskleroz;

- Öd axımının qarşısını alan mexaniki maneələr - öd daşı və ya opistorxoz.

Qastroenteroloq-terapevt Mətanət Cəfərova öd xəstəliklərindən qorunmağın qızıl qaydalarından bəhs edib. Onun sözlərinə görə, burada əsas məsələ az-az, tez-tez yeməkdir:

"Ödə diqqət yetirilməyəndə bir sıra xəstəliklər eləcə də çöküntü, daha sonra isə öd daşları yaranır. Bunun üçün hər qidalanma zamanı yeməyin miqdarı az olmalıdır. Hər 3-4 saatdan bir qida qəbul etmək lazımdır.

Bu necə baş verir?

Əsas 3 dəfə yemək lazımdır - səhər, gunorta, axşam. 2 dəfə ara yemək qəbul edilməlidir.

Ara yemək deyəndə yüngül qidalar nəzərdə tutulur. Bu, meyvə, yoqurt, qatıq ola bilər".

M. Cəfərova qida qəbulundan dərhal sonra çay içməyin də yanlış addım olduğunu qeyd edib: "Yeməkdən 2 saat sonraya qədər çay içilməməlidir. Çünki qidadan sonra qəbul edilən çay öd durğunluğunu yaradan əsas amillərdən biridir.

Qida qəbulları arasında fasilələr nə qədər uzun olarsa, bir o qədər öd durğunluğu formalaşır. Bununla da çöküntü, öd daşı yarana bilər.

Çöküntü nəzarətdə saxlanılmazsa, öd daşına çevrilə bilər.

Biz xəstələrə öd durğunluğunu, çöküntünü aradan qaldıran dərmanlar təyin edirik", - deyə Cəfərova vurğulayıb.Medicina.az

Birinci məlumatlanmaq üçün facebook səhifəmizi

 Digər xəbərlərBütün xəbərlər

Bütün xəbərlər