Oktyabrın 11-dən sonra dünya internet kəsintilərinə məruz qala bilər –Səbəb

Oktyabrın 11-dən sonra dünya internet kəsintilərinə məruz qala bilər –Səbəb 

Dünya domen adları sisteminin müdafiəsi parametrlərinin yenilənməsinə görə bu il oktybarın 11-dən sonra istifadəçilər internet şəbəkəsində sürətin azalması və bəzi saytların ümumiyyətlə, açılmaması problemi ilə qarşılaşa bilər.

Bu barədə “Report” RBK-ya istinadən xəbər verir.

Avqust ayının sonlarında Domen adların və IP-ünvanların İdarəsi üzrə Korporasiya (ICANN) tarixdə ilk dəfə internetin domen adlar sisteminin (DNS) qorunmasına xidmət edən kriptoqrafik açarların dəyişdiriləcəyini xatırladıb. Yeni açarlara (Key Signing Key, KSK) keçid oktyabrın 11-də baş tutacaq.

Eyni zamanda, təşkilat internet istifadəçilərinin az hissəsinin kompüterlərin bir-biri ilə əlaqə yaratmaq üçün istifadə etdikləri domen adların həllində (başqa sözlə, resursun adının rəqəmli IP-ünvana çevrilməsi zamanı) çətinlik yaşayacağı barədə xəbərdarlıq edib. Bu cür çətinliklərə görə bəzi istifadəçilər, məsələn, brauzerin ünvan bölməsində göstərdikləri saytı aça bilməyəcəklər.

Qeyd edək ki, kriptoqrafik açarlar 2010-cu ildə ICANN-ın təşəbbüsü ilə ərsəyə gəlib. Onlar “DNS Security”nin (DNSSEC) genişləndirilməsində istifadə olunub.

Birinci məlumatlanmaq üçün facebook səhifəmizi