Ölkəyə gətirilən ətin kiloqramı 2,5 manata başa gəlir

Ölkəyə gətirilən ətin kiloqramı 2,5 manata başa gəlir 

Azərbaycana ət idxalı artıb.

Bu Dövlət Gömrük Komitəsinin 2018-ci illə əlaqədar açıqladığı statistikada əksini tapıb.

Əgər 2017-ci ildə ölkəyə 40 min 101.81 ton ət idxal olunubsa, 2018-ci ildə idxal 15 faizdən çox artaraq  47 min 399.29 tona çatıb.

Ölkəyə idxal edilən 47 min 399.29 ton ətin dəyəri 70 min 75 dollar olub. Başqa sözlə, idxal edilən ətin 1 kiloqramı 2,5 manat olub.

Birinci məlumatlanmaq üçün facebook səhifəmizi